Deputat Anatoli Rafailovun sürücülük hüququnun məhdudlaşdırılmasına dair məsələyə aydınlıq gətirilib.
Oxu.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatında olan inzibati xəta haqqında işə xitam verilib.
İş materiallarına əsasən, inzibati xətaya görə tətbiq edilmiş cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənilib. Anatoli Rafailovun İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilib.
A. Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.