Ana səhifə / Cəmiyyət / Məhkəmə Aysel Şükürova ilə bağlı qərar çıxardı

Məhkəmə Aysel Şükürova ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qalmaqallı bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarda qeyd edilib ki, apellyasiya tələblərindən imtina olunub. Məhkəmə apellyasiya şikayətinə baxılmasına xitam verib.

Xatırlatma: Aysel Şükürova ilə birgə onun keçmiş həyat yoldaşı Oqtay Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Hər iki şəxsin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham olunması tələb edilib.

Birinci instansiya məhkəməsində Aysel Şükürova və Oqtay Əhmədovla bağlı müvafiq hökm çıxarılıb. Daha sonra hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.

Qeyd: Aysel Şükürovanın atası Qüdrət Şükürov barəsində 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanmışdı.

Bundan öncə isə Qüdrət Şükürovun qızı Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı. Aysel, eyni zamanda instaqramda fenomendir. Rəsmi təsdiqlənmiş bir milyondan çox izləyicisi olan səhifəsi var.

Mətbuatda Aysel Şükürovanın daha əvvəl də məhkəməyə verildiyi barədə məlumatlar yazılmışdı.

Onu da əlavə edək ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Aysel Şükürova həmin partlayışda ağır xəsarət alıb. Belə ki, onun saçları, əlləri, üzü, ayaqları yanıb.

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …