Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Məhərrəm ayı başlayıb

Məhərrəm ayı başlayıb

Hicri təqvimi ilə avqustun 21-də Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bununla bağlı müraciətində Hicri-qəməri təqvimi ilə 1441-ci ilin başa çatdığı, 1442-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2020-ci il avqustun 21-nə təsadüf etdiyi bildirilib.

Qeyd olunub ki, Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqustun 30-na təsadüf edir.

Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdıqları şəraitdə artması ilə əlaqədardır.

Həmçinin oxuyun

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb – NAZİRLİK

Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.Nəqliyyat, Rabitə və Yüksək …