Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Cəmiyyət / Məhərrəm Əliyev yüksək vəzifəyə təyinat aldı – Ədliyyə nazirinin müavini oldu

Məhərrəm Əliyev yüksək vəzifəyə təyinat aldı – Ədliyyə nazirinin müavini oldu

 General-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

Musavat.com xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Məhərrəm Əliyev ədliyyə nazirinin müavini vəzifəsini tutacaq.

Bundan əvvəl o, Bakı Şəhər Baş Polis İdarəsinin rəsi, Azərbaycanın Özbəkistan respublikasındakı səfiri postlarında çalışıb.

M.Əliyevin axırıncı vəzifəsi  Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri postu olub. Ancaq Prezident Administrasiyasında baş verən struktur dəyişikliyi zamanı onun tutduğu şöbə ləğv edilib.

M.Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Musavat.com

Həmçinin oxuyun

BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. BŞBPİ-nin …

Bir cavab yazın