Ana səhifə / Cəmiyyət / Məhərrəm Əliyev Özbəkistanın ədliyyə naziri ilə görüşüb – FOTO

Məhərrəm Əliyev Özbəkistanın ədliyyə naziri ilə görüşüb – FOTO

Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə Daşkənddə “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumu keçirilib.

Forumda Azərbaycandan iştirak edən nümayəndə heyətinin rəhbəri, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev tədbir çərçivəsində , cari ilin 25 aprel tarixində Özbəkistan Respublikasının ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.

Görüşdə Ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. ÖR ədliyyə naziri R.Davletovun Azərbaycana rəsmi səfəri ilə bağlı AR ədliyyə naziri, birinci dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun dəvəti qarşı tərəfə çatdırılıb. ÖR ədliyyə naziri rəsmi dəvətə görə təşəkkürlərini ifadə edib və münasib bir vaxtda Azərbaycana rəsmi səfərinin reallaşacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafinda da fikir mübadiləsi və müzakirələr aparılıb. Musavat.com

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …