Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Cəmiyyət / “Məhərrəm Əliyev heç vaxt yaltaq və ikiüzlü olmayıb” – Deputat

“Məhərrəm Əliyev heç vaxt yaltaq və ikiüzlü olmayıb” – Deputat

“Mən, hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb”.

Azinforum.az xəbər verir ki, bunu deputat Adil Əliyev bir neçə gün əvvəl Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi ilə bağlı vəzifəsini itirmiş qardaşı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə bağlı açıqlamasında deyib.

Deputat bildirib ki, Məhərrəm Əliyev vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdı:

“Məhərrəm Əliyev vaxtında Ulu Öndər Heydər Əliyevin silahdaşı olub, bu gün də cənab prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən və ya vəzifədə olub-olmamasından asılı olmayaraq, o, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır”.

Adil Əliyevin sözlərinə görə, heç bir qüvvə heç vaxt onu əqidəsindən döndərə bilməz:

“Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah böyüklərimizi qorusun!”.

Həmçinin oxuyun

“Kənardan baxanlar deyir ki, arvadını öldürdü, kişidir bu” – 1 milyon izləyicisi olan Fuad

Məlum olduğu kimi, bu yaxınlarda yutubun CEO-su Susan Voyçiski kanalının abunə sayı 1 milyona çatdığı …

Bir cavab yazın