Bazar , Oktyabr 2 2022
Ana səhifə / Cəmiyyət / Məhəbbət Kazımovun şəklini Laçına kim aparıb? – VİDEO

Məhəbbət Kazımovun şəklini Laçına kim aparıb? – VİDEO

“Atamın fotosunu Laçına Murad Məmmədov adlı kəndlimiz aparıb”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasının Laçının Çorman kəndində asılan fotosundan danışarkən deyib. Rəşid Kazımov həmin fotonun Murad Məmmədovun öz vəsaiti hesabına başa gəldiyini bildirib: “Onlar Laçında fermalarda işləyirlər, sağ olsunlar. Fəxrdir, Laçın deyəndə Məhəbbət Kazımov, Məhəbbət Kazımov deyəndə də Laçın yada düşür. Atamın şəklini kəndimizə aparan şəxsə təşəkkür edirəm. Qismət olsa, biz də gedərik”. Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Məhəbbət Kazımovun fotosunun işğaldan azad olunan Laçın rayonuna aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. 

https://player.qaynarinfo.az/?v=9912&share_user_id=

Həmçinin oxuyun

Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi

Bir neçə həftə əvvəl 79-cu “Venesiya Film Festivalı” çərçivəsində təqdim edilən “Banu” filminin rejissoru eyni …