Ana səhifə / Cəmiyyət / Mədət Quliyev Zaqatalada – VİDEO

Mədət Quliyev Zaqatalada – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Zaqatalada ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

DTX rəisi Mədət Quliyev və tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olub, ümummilli liderin abidəsi önünə tər çiçəklər qoyublar.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, sahibkarlar iştirak ediblər. Daha sonra tədbirdə çıxış edən DTX rəisi Mədət Quliyev son zamanlar Zaqatalada hər bir sahədə inkişafın getdiyini, xüsusilə də tikinti, quruculuq-abadlıq işlərinin nəticəsində bu inkişafı gördüyünü qeyd edib. General-leytenant prezidentin daim xalqının yanında olduğunu bildirib.
Tədbirdə iştirak edən sahibkarlar əvvəlki illərdə olduğu kimi indi də öz təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini, cüzi çətinliklərə baxmayaraq bunun onların işinə mənfi təsir göstərməyəcəyini bildiriblər.
Sonda rayon ictimaiyyət nümayəndələri, sahibkarlar və gənclər sual və təkliflərini səsləndiriblər. (“KANAL S”)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın