Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Mədət Quliyev F1-in Bakı trekinin veloyürüşündə

Mədət Quliyev F1-in Bakı trekinin veloyürüşündə

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) verilən məlumata görə, Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində aprelin 28-də DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …