Cümə , Oktyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Lütfi Zadənin qəbirüstü abidəsi nə vaxt hazır olacaq? – AÇIQLAMA

Lütfi Zadənin qəbirüstü abidəsi nə vaxt hazır olacaq? – AÇIQLAMA

“Lütfi Zadənin  qəbirüstü abidəsinin qısa müddətdə hazır olacağını demək mümkün deyil.  Hələ bəzi texniki işlər qalıb”.

Bu sözləri Modern.az saytına  açıqlaması zamanı heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib. Onun sözlərinə görə, artıq 9 aya yaxındır ki, abidənin hazırlanması istiqamətində işlər gedir.

“Hər şey layihədə yazıldığı formada işlənir, iş prosesində heç bir dəyişiklik edilməyib. Hazırda  abidə üzərində işləyirəm. Düzdür, Lütfi Zadənin ölüm il dönümünə az müddət qalıb. Lakin  abidənin açılışı oktyabr ayında olacaq.  Hələ 2 ay müddətində texniki işlər davam edəcək. Belə ki, tuncdan tökmək, arxitektura daşları yonmaq və.s kimi məsələlər qalıb”.

Xalq rəssamı qeyd edib ki, abidənin bütün firqurası tuncdan, bürüncdən, qalan hissəsi isə qranitdən olacaq:

“Yəqin ki, açılışdan 1 həftə qabaq bütün işlər yekunlaşacaq. Hələki hər şey qaydasındadır”.

Xatırladaq ki, Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından  əvvəl  Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb.

Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 9 ay keçsə də, onun qəbirüstü abidəsi hələ də hazır deyil.

Həmçinin oxuyun

Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat olub

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə …