Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Lu­ka­şen­ko Azər­bay­ca­na əsl dost mü­na­si­bə­ti­nin ye­ni ta­ri­xi sə­hi­fə­lə­ri­ni ya­zdı

Lu­ka­şen­ko Azər­bay­ca­na əsl dost mü­na­si­bə­ti­nin ye­ni ta­ri­xi sə­hi­fə­lə­ri­ni ya­zdı

Be­la­rus pre­zi­den­ti Alek­sandr Lu­ka­şen­ko­nun Azər­bay­can sər­həd­lə­ri­ni qa­nun­suz ola­raq po­zan blog­ger Lap­şin­lə bağ­lı prin­si­pi­al möv­qe­yi hə­min döv­lət ada­mı­nın öl­kə­mi­zin tə­mən­na­sız dos­tu ol­du­ğu­nu bir da­ha sü­but et­di.
Lap­şin mə­sə­lə­sin­də Lu­ka­şen­ko hət­ta Ru­si­ya ki­mi nə­həng müt­tə­fi­qi­nin də hə­də­lə­ri­nə mə­həl qoy­ma­dı. Lu­ka­şen­ko­nun Azər­bay­ca­na yö­nə­lik müs­bət si­ya­si jestlə­ri bu­nun­la ki­fa­yət­lən­mir.
Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si Təş­ki­la­tı­na üzv öl­kə­lə­rin baş­çı­la­rı­nın İrə­van sam­mi­ti za­ma­nı da Be­la­rus li­de­ri S.Sar­kis­ya­nın “si­ya­si hal­sız­lı­ğı”nın, pas­siv­li­yi­nin və söz­lə­ri mən­tiq­siz ifa­də et­mə­si­nin sə­bə­bi­ni de­dik­lə­rin­də ifa­də edib. A.Lu­ka­şen­ko eti­raf edib ki, “mü­za­ki­rə edi­lən mə­sə­lə­lər… pre­zi­dentlər sə­viy­yə­si­nə la­yiq ol­ma­yıb”.

A.Lu­ka­şen­ko heç bir cid­di bey­nəl­xalq təş­ki­la­tın KTMT-ni ta­nı­maq is­tə­mə­di­yi­ni açıq söy­lə­yib, o cüm­lə­dən BMT-nin bu təş­ki­la­ta sülh mis­si­ya­sı­nı ye­ri­nə ye­tir­mək sə­la­hiy­yə­ti ver­mə­di­yi­ni və NA­TO-nun onu ta­nı­ma­dı­ğı­nı bil­di­rib.
A.Lu­ka­şen­ko ye­kun bri­fin­qə də qa­tıl­ma­yıb. S.Sar­kis­ya­nın ya­nın­da isə N.Bordyu­ja­dan baş­qa kim­sə otur­ma­yıb.
Av­ra­si­ya İt­ti­fa­qı­na üzvlük mə­sə­lə­si mü­za­ki­rə olu­nan za­man da Lu­ka­şen­ko hə­min ic­las­da Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün dəs­tək­lən­mə­si­nin va­cib­li­yi­ni bil­di­rib.
Be­la­rus pre­zi­den­ti son­ra­kı açıq­la­ma­la­rın­da da Azər­bay­ca­nın ya­xın dos­tu ol­du­ğu­nu eti­raf edib:

“Bax­ma­ya­raq ki, biz KTMT-də­yik, Azər­bay­can­la hər­bi-tex­ni­ki sa­hə­də də əmək­daş­lıq edi­rik. Ba­kı­da olan­da biz hər­bi-tex­ni­ki əmək­daş­lıq­dan tut­muş, ener­ge­ti­ka mə­sə­lə­lə­ri­nə ki­mi bü­tün is­ti­qa­mət­lər üz­rə mü­za­ki­rə­lər apa­ra­ca­ğıq”.
Pre­zi­dent İl­ham Əli­yev­lə gö­rü­şü za­ma­nı da Lu­ka­şen­ko bil­di­rib ki, Azər­bay­can ən ya­xın dos­tu ki­mi hər za­man Be­la­ru­sa ar­xa­la­na bi­lər:

“Bi­zim im­kan­la­rı­mı­zı siz yax­şı bi­lir­si­niz. Siz Be­la­ru­sun bö­yük dos­tu­su­nuz. Bi­zim ara­mız­da qa­pa­lı möv­zu yox­dur. Biz bü­tün is­ti­qa­mət­lər­də əmək­daş­lıq edi­rik və edə­cə­yik. Biz öz əmək­daş­lı­ğı­mız­la heç kə­sə zə­rər ver­mi­rik, fə­a­liy­yə­ti­mi­zə aid ən ak­tu­al mə­sə­lə­lə­rin mü­za­ki­rə­si za­ma­nı açı­ğıq, gə­lə­cək­də də açıq ola­ca­ğıq”.
Bü­tün bu jestlə­ri­lə Lu­ka­şen­ko­nu öl­kə­mi­zin tə­mən­na­sız dos­tu say­maq olar­mı?
Təbii ki, Lu­ka­şen­ko­nun son za­man­lar at­dı­ğı bir ne­çə ad­dım bu­nu id­dia et­mək üçün tam əsas ve­rir. Məlumdur ki,  döv­lət baş­çı­la­rı bir qə­dər dip­lo­ma­tik dav­ra­nış­la­ra meylli olur. Lu­ka­şen­ko Azər­bay­can­la Er­mə­nis­tan ara­sın­da olan se­çim za­ma­nı bir­mə­na­lı ola­raq bi­zi dəs­tək­lə­yir. Bax­ma­ya­raq ki, on­lar­la bir neçə ey­ni təş­ki­lat­lar­da təm­sil olu­nur. Be­la­ru­sun Ru­si­ya ilə də sıx əmək­daş­lı­ğı var. Son pro­ses gös­tər­di ki, o, ye­ri gə­lən­də, Ru­si­ya­nın da tə­ləb­lə­ri­nə əməl et­mir. Bu­nu yal­nız sa­diq dost edə bi­lər. Qeyd edək ki, Lu­ka­şen­ko­nun jes­ti bir ha­di­sə ilə bağ­lı ol­say­dı, bə­zi fi­kir­lə­ri söy­lə­mə­yə tə­rəd­düd edər­dik. Am­ma bu, da­vam­lı şə­kil­də baş ve­rir­sə, de­mək, Lu­ka­şen­ko öz se­çi­mi­ndə sbitqədəm və  konkretdir. Bu möv­qe­yin ya­ran­ma­sın­da öl­kə Pre­zi­den­ti İl­ham Əli­yev­lə onun ara­sın­da olan şəx­si mü­na­si­bət­lə­rin də bö­yük ro­lu var. Azər­bay­can da, öz növ­bə­sin­də, Be­la­rus­la nor­mal mü­na­si­bət­lər qu­rur. İki­tə­rəf­li mü­na­si­bət­lə­ri­miz gö­zəl in­ki­şaf edir.

Hər şeyə rəğmən,  Lapşin  artıq Bakıdadır.  Eyni anda bir neçə hegemon dövlətin vətəndaşlığını daşıyan blogger azərbaycanlı istintaqçıların suallarını cavablandırarkən Dağlıq Qarabağın kimə məxsus olduğunu dərindən anlamış olacaq.  Təbiidir ki, Azərbaycan diplomatiyasının bu möhtəşəm qələbəsindən  Lukaşenkoya da az pay düşmür…
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın