Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Cəmiyyət / “Lombardlara dövlət nəzarətinin olması faydalı addımdır…”

“Lombardlara dövlət nəzarətinin olması faydalı addımdır…”

“Bu baxımdan lombardlara ciddi nəzarətin olması faydalı addımdır, çünki bunlar da hansısa formada bir kredit qurumudur”

Bunu Moderator.az-a açıqlamasında hüquqşunas Ələsgər Məmmədli deyib. Ə.Məmmədli lombarldara dövlət nəzarətinin olmasının vacib olduğunu bildirib:
“Əslində istər bank, istərsə də digər maliyyə sektoru olsun buna dövlətin ciddi nəzarəti lazımdır. Bu da iki istiqamətdə aparılmalıdır. Birincisi fərdlərə xidmət edirlərsə, dələduzluğa yol verməmək, ikincisi isə vergidən yayınmamaq üçün. Bu istiqamətdə tənzimləməyə açıq olan sektorlardan biri də lombarddır. Bir çoxları lisenziyası, icazəsi olmadan fəaliyyət göstərir və bəzən görürsən ki, insanların düşdüyü vəziyyətdən də sui-istifadə edirlər. Bu baxımdan lombardlara ciddi nəzarətin olması faydalı addımdır, çünki bunlar da hansısa formada bir kredit qurumudur. Banklara nisbətdə lombardlarda vətəndaşlarımıza daha böyük problemlər yaranır, çünki tərəflər arasında rəsmi müqavilə olmur və s. Lombardlar bir formada lisenziyalaşmalı və kontrol altında olmalıdır. İkincisi onların qiymətləndirmə standartları vahid olmalıdır ki, fərqli formada bunu aparmasınlar. Lombardlar nəticə etibarı ilə bank deyil, daha çox dəllalıq xidməti göstərirlər. İndiki halda Azərbaycanda banklar inkişaf edib və bunu düşünürəm ki, bank çərçivəsində həll etmək daha faydalı olar”. 

Həmçinin oxuyun

Dünənin UTANCVERİCİ MƏNZƏRƏSİ… – FOTOFAKT

Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə …