Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Cəmiyyət / Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İvanovo şəhərində IV Qış Liderlik Məktəbi açılıb.

” Azinforum.az ” AzerTac-a istinadən xəbər verir ki, Azərbaycan Gəncləri Günündə İvanovo Millətlər Evində RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) İvanovo regional bölməsinin təşkilati dəstəyi ilə keçirilir.

Məktəbə gənc, perspektivli, istedadlı və yaradıcı insanlar toplaşıblar. Onlar 5 gün ərzində tematik treninqlərdə, ustad dərslərində, yarmarka-təqdimatlarda, habelə işgüzar və idman oyunlarında iştirak edəcəklər.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev Qış Məktəbini hərtərəfli dəstəklədiyinə və təşkilində iştirak etdiyinə görə vilayət rəhbərliyinə minnətdarlığını bildirərək deyib.

Gecə RAGB regional bölməsinin və İvanovo Millətlər Evinin yaradıcı qüvvələrinin konserti ilə başa çatıb.

Qeyd edək ki, RAGB Məktəbi gənclərə zəruri biliklərə yiyələnmək, fikir mübadiləsi aparmaq, öz ideya və layihələrini həyata keçirmək imkanı yaradan məkandır. Bu maarifləndirmə məktəbində gənc fəallar layihə hazırlamaq və öz ideyalarını ekspertlərə təqdim etmək vərdişlərinə yiyələnəcəklər.

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb
Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Liderlik Məktəbi açılıb

Həmçinin oxuyun

Hökumətdən Qabil Hüseynlinin bəyanatı haqda – Açıqlama

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı …

Bir cavab yazın