Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Lerik rayon ictimaiyyəti Prezidentə müraciət etdi – FOTO

Lerik rayon ictimaiyyəti Prezidentə müraciət etdi – FOTO

Lerik rayon ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti,

Ali Baş Komandan İlham Əliyevə müraciəti!

Cənab Ali Baş Komandan!

İlk öncə dogma Azərbaycanımızın haqq davasında torpaqlarımızın işgaldan azad olunması üçün göstərdiyiniz qətiyyətə görə sizə dərindən minnətdarlığımızı bildiririk. Uzun illərdir ki, hər bir Azərbaycan vətəndaşının səbirsizliklə gözlədiyi gün nəhayət ki, gəlib çatdı. Müzəffər ordumuza torpaqlarımızın işğalına son qoyulması üçün əmr verildi.

Əsrlərdir Azərbaycanda yaşayan bütün xalqlar bu vətəndə dostluq, qardaşlıq, dinc və əmin-amanlıq şəraitində yaşayırıq. Birlikdə bu vətənin çiçəklənməsi yolunda, vətənimiz Azərbaycanın ərazi bütövlüyu ugurunda hər zaman çiyin–çiyinə olmuşuq və bu dünya durduqca davam edəcək.

Bu günlərdə Azərbaycan ordusunun şanlı tarix yazaraq bir birinin ardınca işgalda olan torpaqlarımızı azad etməsi terrorçu Ermənistan qıcıqlandırır və buna görə də mülki əhalinin hədəf seçməklə yanaşı həm də uydurma informasiyar yaymaqla məşgul olur. Ermənilərin  uydurma iddialarına görə guya Azərbaycanda azsaylı xalqlar zorla döyüşməyə vadar edilir.

Sizə müraciət edərək bildiririk ki, hər zaman Ordumuzun, Dövlətimizin yanındayıq və bu müqəddəs savaşda bir nəfər kimi ermənilərə qarşı indiyə qədər olduğu kimi yenə də vuruşmaga hazırıq. Erməni təxribatçılarına cavab olaraq bildiririk ki, təkcə Lerik rayonu 1990-cı ildən bu yana ermənilərə qarşı döyüşdə  160–dan çox şəhid verib. Bu gün də yüzlərlə Qarabag qazisi, minlərlə müharibə veteranı sizin tam səfərbərlik fərmanını səbrsizliklə gözləyirik.

TANRI ORDUMUZU MÜZƏFFƏR ETSİN.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …