Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / Layihədən 3000 fermer, 500 gənc, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb

Layihədən 3000 fermer, 500 gənc, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb

Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihənin bağlanış tədbiri keçirildi. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanmışdır.

Bakı konfransında Azərbaycan Respublikası hökumətinin nümayəndələri, Milli Məclisin komitə sədrləri və üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, kiçik və orta sahibkarlar, fermerlər, turizm sektorunun nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri, KİV nümayəndələrinin iştirak etdilər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri cənab Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalko, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Milli Məclisin Kənd Təsərrüfatı Komitəsinin sədri cənab Tahir Rzayev və Milli Məclisin deputatı Tamam Cəfərova, Arzu Nağıyev və Müşfiq Məmmədli Azərbaycanda aqroturizmin hazırkı vəziyyəti ilə bağlı çıxışlar edərək bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşdülər.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən cənab Emin Məmmədov layihənin nəticələrini təqdim etdi. Aqrar və turizm sektorunun hazırkı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı fikirləri isə Aqrar və Turizm sektoru üzrə ekspert Rəşad Həsənov auditoriyaya çatdırdı.

Daha sonra konfrans müzakirələr ilə davam etdi.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …