Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Laçın”ın qarşısındakı “Rolls Royce” icra başçısınındır, yoxsa bazarkomun?

“Laçın”ın qarşısındakı “Rolls Royce” icra başçısınındır, yoxsa bazarkomun?

Bu günlərdə Nizami rayonu ərazisində, “Laçın” ticarət mərkəzinin qarşısında ticarətçilərin etiraz aksiyası olmuşdu.

Səbəb paytaxt polisinin bazarın qarşısında maşın saxlamağa qadağa qoyması idi. Ticarətçilərin çoxu polisin tələbinə əməl etməkdən boyun qaçırmış, nəticədə insident yaranmışdı.

Bu vəzifəyə bir neçə gün öncə təyin olunan Nizami RİH başçısı Arif Qasımov da hadisə yerinə gəlmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, icra başçısı “Laçın”ın qabağına 90 KX 928 nömrəli “Rolls Royce Fantom” markalı lüks avtomobillə gəlib. Bu avtomobilin qiyməti 400 min dollardan başlayır.

“Turan” agentliyi bu məsələyə aydınlıq gətirmək üçün Nizami RİH-ə müraciət edib. RİH-dən bildirilib ki, icra başçısının belə maşını yoxdur.

Digər məlumata görə, həmin avtomobil bazarın sahibi olan Maqsud adlı şəxsə məxsusdur.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın