Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / “Laçın dəhlizində və Qarabağda qüvvələrimizi möhkəmləndirməliyik, yoxsa…”

“Laçın dəhlizində və Qarabağda qüvvələrimizi möhkəmləndirməliyik, yoxsa…”

“Paşinyanın müəyyən mənada son müsahibəsində “İsgəndər” raketləri ilə bağlı verdiyi bəyatan əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin üzünə vurulan sillə idi”.

 Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. Onun sözlərinə görə Rusiya son vaxtlar Ermənistanda baş verən hadisələrə birbaşa müdaxilə edir: “Düşünürəm ki, Ermənistanda baş verənlər əslində gözlənilirdi. Paşinyanın müəyyən mənada son müsahibəsində “İsgəndər” raketləri ilə bağlı verdiyi bəyanat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin üzünə vurulan sillə idi. Ümumiyyətlə, Rusiya son həftə Ermənistanda baş verən hadisələrə birbaşa müdaxilə edir. Ermənistanın Müdafiə Nazirliyi bu və ya digər şəkildə Rusiya tərəfindən müəyyən mənada nəzarətdədir. Paşinyanın və onun arxasında duran müəyyən erməni elektratının fikri əlbəttə ki, həm 10 noyabr razılaşmasına, həm də ümumiyyətlə, bu günki Rusiyanın apardığı siyasətə sərf etmir. Əlbəttə, Paşinyanın hakimiyyətdə qalması birmənalı olaraq bu gün Azərbaycan üçün düşünürəm ki, prioritet məsələlərdən biridir, çünki hər hansı bir qüvvə Ermənistanda Paşinyanın yerinə hakimiyyətə gələcəksə, mütləq müəyyən mənada Ermənistan-Rusiya siyasətində, o cümlədən Dağlıq Qarabağ ərazisində dəyişikliklərlə üz-üzə gələ bilərik. Bu mənada Paşinyanın hakimiyyətdə qalması nə qədər qəribə olsa da Azərbaycan üçün prioritet məsələdir. Bunu Ermənistanda keçirilən sorğu da təsdiq etdi. Keçirilən sorğuda Ermənistan elektratı 2,9 faiz səslə Paşinyana üstünlük verdi. Müxalifət tərəfi 1,6 faiz səs yığdı, amma Köçəryanla, Sarkisyan 0,8 faiz səs toplaya bildi. Yəni əslində Paşinyanın bu gün o qədər də zəif olmaması gündəmdədir.  Paşinyanla Baş qərargah rəisinin konfilikt birmənalı olaraq kənardan qızışdırılır. Əlbəttə, Onik Qasparyanın Paşinyana get deməsi dediyim tərəfin sifarişidir. Bununla belə Ermənistan prezidentinin qərargah rəisi ilə həmrəy olması qanunauyğundur. Biz isə həm Laçın dəhlizi tərəfdən, həm də Qarabağda silahlı qüvvələrimizi gücləndirməliyik. Çünki bəzi məlumatlar var ki, Laçın dəhlizindən mülki geyimdə Ermənistan Müdafiə Nazirliyinə xidmət edən qüvvələr Qarabağa gəlir. Ona görə də düşünürəm ki, biz əslində öz siyasətimizi qurub, bunun üzərində işləməliyik ki, Ermənistan 10 noyabr sazişini pozmasın”. Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan ölkə ordusunun Baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunma bəyanatını qəbul etməyib. Xatırladaq ki, ötən gün Ermənistan Baş qərargahı Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı. Bunun əvəzində isə Paşinyan Onik Qasparyanı vəzifədən azad etdiyini və bu barədə müraciəti prezidentə göndərdiyini bildirmişdi. 

Həmçinin oxuyun

Toylarda yeni qaydalar tətbiq olunacaq? – AÇIQLAMA

Artıq bir ildən çoxdur ki, ölkədə toy şənlikləri keçirilmir. Bəzi vətəndaşlar isə karantin rejiminin qaydalarına …