Cümə , Noyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Lənkəranlı yeniyetmə Azərbaycanın ən gənc tələbəsi oldu – VİDEO

Lənkəranlı yeniyetmə Azərbaycanın ən gənc tələbəsi oldu – VİDEO

Lənkəranda 15 yaşlı yeniyetmə ali məktəbə qəbul olub.

Rayonun Şilavar kəndində yaşayan Miryusif  Feyzullazadə  Azərbaycanda ən az yaşı olan tələbələrdəndir.

Lənkəran şəhər 5 saylı tam orta məktəbin məzunu olan M.Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və hotelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olub. Son zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər onun bu ixtisası seçməsinə səbəb olub. Seçiminə isə valideynləri müdaxilə etməyib, əksinə, ona inanaraq dəstəklərini əsirgəməyiblər.

Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan Lənkəran sakini olub. 55 yaşlı Atakişi Ağayev Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil almaq hüququ qazanıb.

Həmçinin oxuyun

Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca – VİDEO

İctimai Televiziyada yayımlanan 3D verilişində maraqlı fikirlər səslənib. Hər dəfə gündəm mövzulara toxunan Dadaş Dadaşlinski …