Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Lənkəranda “Çay bayramı” keçirildi

Lənkəranda “Çay bayramı” keçirildi

Lənkəranda ilin ilk çay yığımına start verilib. Bununla bağlı rayonda “Çay bayramı” keçirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir rayonun ən çox məhsul tədarük olunduğu İstisu qəsəbəsində yerləşən çay plantasiyasında təşkil edilib. “Çay bayramı”nda qeyd olunub ki, hazırda rayonda çay əkini üçün 2 min hektardan çox yararlı torpaq sahəsi var.

  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
  • Lənkəranda çay yığımı
1 / 9
© SPUTNİK / RAHİM ZAKİROĞLU
Lənkəranda çay yığımı

“Yaşıl çay” Fermer Təsərrüfatının rəhbəri Araz Yaqubovun verdiyi açıqlamaya görə, təsərrüfatın balasında olan 70 hektar çay plantasiyasından 42 hektarı məhsuldardır:

“Bu gün Lənkəranda  çay yığımına  start verdik. 2006-ci ildən fəaliyyət göstərən təsərrüfatımızın 150 hektar torpaq sahəsi var. Bu sahələrdə naringi, limon və əsasən də çay bitkisi əkilir. Təsərrüfatda ailə üzvləri ilə birlikdə 100-ə yaxın işçi çalışır və bunların əksəriyyəti qadındır. Yığılan çay müəssisənin nəzdində olan mini emal sexində emal ediləcək”.

Çay kolunun məhsul verməsi üçün 8-9 ilə qədər vaxt tələb olunduğunu deyən mütəxəssislər oktyabr-noyabr aylarına qədər çay tədarük edilməsinin mümkünlüyünü bildirirlər. Bunun üçün isə il boyu çay plantasiyalarına düzgün aqrotexniki qulluq  göstərilməli və əlverişli hava şəraiti lazımdır. Qeyd edək ki, fermerlər 1-ci çay yığımından sonra suvarma və digər aqrotexniki qulluqları düzgün yerinə yetirərlərsə, 20-25 gün sonra 2-ci çay yığımına da başlaya bilərlər.

Qeyd edək ki, vaxtı ilə ölkəmizdə 13 min hektara yaxın çay plantasiyaları olub və bu plantasiyalardan 7 min hektar ərazisi Lənkəranın payına düşüb.

Həmçinin oxuyun

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Ölkələr …