Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Lənkəranda 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir

Lənkəranda 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir

Lənkəran rayonunun Mikrorayon ərazisində yaşayan sakinlərin yanvar ayının 27-dən etibarən şəhərdaxili telefon rabitəsində problem yaranıb.
 
Azinforum.az-ın APA-ya istinadən məlumata görə, aylıq ödəniş etməklərinə baxmayaraq, həmin sakinlərin telefon rabitəsi hələ də bərpa olunmayıb. Nəticədə 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir.
Lənkəran Telekommunikasiya Qovşağından isə məsələnin texniki problemlə bağlı olduğu bildirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-dən verilən məlumata görə, gələn həftənin bazar ertəsi bu problem həllini tapacaq.
“Telefon rabitəsindən yaranan problem texniki məsələlər ilə bağlıdır. Bildiyiniz kimi bizim böyük xətt şəbəkəmiz var və hal-hazırda köhnə nəsil avadanlıqların hamısı yeni texnologiyaları dəstəkləyən avadanlıqlarla əvəz olunur. Müvəqqəti narahatlığa görə, həmin abunəçilərdən də üzr istəyirik. Xidmətin göstərilmədiyi vaxtlara görə isə həmin abunəçilərə güzəştlər ediləcək. Hal-hazırda əməkdaşlarımız yaranmış problemin aradan qaldırılması üçün çalışırlar”, – deyə “Aztelekom” MMC-dən bildirilib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …