Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / KTMT-nin “Qarabağ gərginliyi” bəyanatının arxa mətləbləri…

KTMT-nin “Qarabağ gərginliyi” bəyanatının arxa mətləbləri…

“KTMT atəşkəs rejiminin pozulmasından belə narahatdırsa, erməniləri yerinə oturtsun”

Qabil Hüseynli: “Bordyujanın dili ilə Azərbaycan sanki müharibə ilə şantaj olunur”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Nikolay Bordyuja bəyan edib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət ciddi narahatlıq doğurur və münaqişənin gərginləşməsinin qarşısını almaq lazımdır:
“Biz bu gün Qafqazda baş verənlərə böyük həyəcanla baxırıq – xüsusilə də Qarabağ münaqişəsi, təmas xəttindəki vəziyyətlə bağlı olaraq. Orada artıq ağır silahlar, tanklar tətbiq olunur, insan itkiləri var. Hesab edirəm, bizim dövlətlərin siyasi resursundan vəziyyətin gərginləşməsinə yol verməmək üçün istifadə olunacaq ki, bu gün onsuz da kifayət qədər isti mərhələdə olan münaqişə böyük miqyaslı hərbi toqquşmalara keçməsin”.
Bordyujanın sözlərinə görə, bu perspektiv bütün Qafqazı təhdid edir.
Təşkilat rəsmisi həmçinin vurğulayıb ki, dövlət başçılarının nüfuzundan istifadə edərək, “ilk növbədə siyasi metodlarla” hərəkət etmək lazımdır.
O, KTMT iştirakçılarını vəziyyətin qaydaya salınması və atəşkəsin bərqərar olması üçün səy göstərməyə çağırıb.
Bordyujanın bu tip açıqlamasının arxasında nə dura bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Bordyujanın son bəyanatı təsadüfdən doğmayıb:
“Prezidentlərin arasında keçirilən Bern görüşünün uğursuz olması Moskvanı hərəkətə keçməyə vadar edib. Bu özünü bir sıra parametrlər üzrə göstərir. Rusiya təcili olaraq Ermənistanla hava məkanını birgə mühafizə etməklə bağlı qərar qəbul etdi. Son vaxtlar Ermənistanın sürətlə silahlandırılması həyata keçirilir. Bordyuja indiyə kimi heç vaxt müharibə ehtimalını irəli sürməyib. Hətta cəbhədəki vəziyyətin bundan da gərgin olduğu vaxtlarda belə. Deməli, Bordyuja rəsmi Moskvanın istəyini ifadə edir. Bununla Azərbaycan Ordusunu çaşdırmaq istəyirlər. Həmçinin Bordyujanın dili ilə Azərbaycan sanki müharibə ilə şantaj olunur. Ancaq hesab edirəm ki, Azərbaycan bunun tam fərqindədir və belə primitiv üsullarla bizi qorxutmaq mümkün deyil. KTMT atəşkəs rejiminin pozulmasından belə narahatdırsa, erməniləri yerinə oturtsun. Rusiya bunu tam bacara bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …

Bir cavab yazın