Ana səhifə / Cəmiyyət / “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyub”

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyub”

Korrupsiya cinayəti işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5% ödənilməsi təmin edilib:

“Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb”.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …