Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Koronavirusa yoluxmuş əməkdar artist sağaldı FOTO

Koronavirusa yoluxmuş əməkdar artist sağaldı FOTO

Bir müddət bundan əvvəl koronavirusa yoluxmuş əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev virusa qalib gələrək sağalıb.

Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb:

“Dəyərli dostlar! Bu gün xəstəxanadan evə buraxıldım. Göydə Allahın, yerdə sizlərin duaları və çox dəyərli həkimlərin yardımı ilə bu bəladan xilas oldum.
Başda Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının həkimi İntizar xanım Məmmədova olmaqla bütün tibb bacılarına və mənim üçün narahatlığınıza görə sizlərə dərin təşəkkürümü bildirirəm… Allah hamınızdan razı olsun”.



Musavat.com

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …