Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyevin səhhəti normaldır.
Bu barədə Oxu.Az-a Ağacan Abiyevin özü məlumat verib:
“Mən koronavirusa yoluxmamışam. Fevralın 16-da verdiyim testin nəticəsi neqativ çıxıb. Özümü yaxşı hiss edirəm. Məndən ötrü narahat olmağa əsas yoxdur. Səhhətim yaxşıdır”.