Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib.
Hazırda xəstəxanada müalicə olunan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb:
“Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.

S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib:
“Ölkədə karantin rejimi tətbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …