Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəmiyyət / Koronavirusa yoluxan baş direktor süni tənəffüs aparatına qoşuldu

Koronavirusa yoluxan baş direktor süni tənəffüs aparatına qoşuldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.

Bu barədə institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.

Həmçinin oxuyun

Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən …