Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

Koroğlunun nəhəng heykəli ucaldılacaq – Mehriban Əliyeva sifariş verib

Birinci vitse-Prezident Mehriban Əliyevanın sifarişi ilə Azərbaycanda Koroğlunun nəhəng heykəli ucaldılacaq. 

Bu barədə məlumatı Xalq rəssamı Ömər Eldarov BakuPost-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub: 

“Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.

Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq: “Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq. Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …