Ana səhifə / Cəmiyyət / “KOROĞLU”DAKI “ZANBAĞ” RESTORANINDAN NARAZILIQ – UYUŞMAYAN QİYMƏTLƏR

“KOROĞLU”DAKI “ZANBAĞ” RESTORANINDAN NARAZILIQ – UYUŞMAYAN QİYMƏTLƏR

Metronun Koroğlu stansiyasın yaxınlığındakı “Alov parkı” adlanan ərazidə fəaliyyət göstərən “Zanbağ” adlı restoranın istehlakçıları aldatması və normal xidmət göstərməməsindən narazılıq var. Redaksiyamızın elektron ünvanına bu məzmunda şikayət ünvanlayan vətəndaşın təqdim etdiyi dəlildən görünür ki, sözügedən iaşə obyektində neqativlik mövcuddur.

 Vətəndaş bildirir ki, ailəsi ilə axşam saatlarında həmin restoranda  dincəlmək istəyərkən qəribə mənzərə ilə rastlaşıb:

” İlk baxışdan restoranın görünüşü və şəariti çox gözəl təsir bağışlayır. Ancaq xidmət demək olar ki, sıfr səviyyəsindədir. Biz restorana daxil olanda gördük ki, müştəri demək olar ki, yoxdur. Xoşumuza gələn yerdə əyləşmək istəyərkən, bizə dedilər ki, həmin yerlər rezervdi.

Hava isti olduğu səbəbindən restoranda çox isti idi. Xidmət göstərənlərdə kondisionerin niyə işləmədiyi ilə maraqlandıq. Bildirildi ki, bu vaxtlar yalnız qapını açıq qoymağı onlara tapşırıblar. İstidən bişə-bişə  sifariş verdiyimiz yeməyi yedik. Sifarişlərimizlə bağlı istənilən hesab da bizi təəccübləndirdi və məlum oldu ki, menyuda göstərilən qiymətlə təqdim olunan çek arasında fərq var”.

Qeyd edək ki, bu ad altında şəhərin bir sıra görməli yerlərində restoranlar fəaliyyət göstərir. Yəqin ki, restoranlar şəbəkəsinin rəhbərliyi metronun  Koroğlu stansiyası ətrafındakı “Zanbağ”da yaşananlarla bağlı lazımi ölçü götürəcək. 

Azinforum.az olaraq biz sözügedən obyektlə əlaqə saxladıq. Özünü administrator kimi təqdim edən şəxs bildirdi ki, onlardakı qiymətlərlə müştərindən istənilən məbləğ arasında heç bir fərq yoxdur. Təqdim olunan fotolarda bu halın mövcudluğu aydın göründüyü səbəbindən adminstratorun yalan danışdığını söyləmək olar.

z1

 

z2

 

Azinforum.az

 

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın