Cümə axşamı , May 23 2024
Ana səhifə / Cəmiyyət / Kooperasiya Universiteti akkreditasiyasız fəaliyyət göstərir?

Kooperasiya Universiteti akkreditasiyasız fəaliyyət göstərir?

Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Qaynarinfo-nun məlumatına görə, universitetin mətbuat xidmətindən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib:

“Paylaşım əvvəlcə “Telegram”, daha sonra isə “TikTok” sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərdarlıq edilməyib. Yoxlama aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.

Apardığımız araşdırmaya görə, Azərbaycan Kooperasiya Universiteti Akkreditasiya üzrə Məsləhət Şurasının qərarına əsasən, Təhsil Nazirliyinin (İndiki Elm və Təhsil Nazirliyi) 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunub. Universitetin son akkreditə müddəti 2022-2023-cü təhsil ilində tamamlanıb. 

Azərbaycan Kooperasiya Universiteti 2023-2024-cü tədris ili üçün akkreditə olunmayıb. 

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri Eldar Quliyevdir. Təhsil ocağı deputatın özü deyil qızı, Beynəlxalq Əlaqələr və Təlim-Tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva tərəfindən idarə edildiyi deyilir. 

Həmçinin oxuyun

Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan …