Ana səhifə / Cəmiyyət / Könül Xasıyeva lazım olan pulun 150 minini topladı

Könül Xasıyeva lazım olan pulun 150 minini topladı

Xalq artisti Könül Xasıyeva əməliyyat üçün lazım olan məbləğin bir hissəsini toplayıb.

Xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu açıqlayıb. Bunun üçün Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb.

O, 50 min manat yardım edildiyini açıqlayıb. Muğam ifaçısı bildirib ki, ümumilikdə, 150 min toplaya bilib:

“İnanıram ki, yenə də ən yaxın dostlarımın dəstəyi sayəsində bu səsimə qovuşacağam. Bir xanım 30 min manat, Rusiyada yaşayan bir bəy isə 20 min manat bağışladı”.

İfaçı əlavə edib ki, əməliyyatı üçün 100 min manat qalıb.

Qeyd edək ki, K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb.

Xatırladaq ki, muğam ifaçısının mülaicəsi Almaniyada olacaq.

Həmçinin oxuyun

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb. Aparıcı tamaşaçıların …