Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Konsulluqdan Lənkəranskinin qardaşı ilə bağlı AÇIQLAMA

Konsulluqdan Lənkəranskinin qardaşı ilə bağlı AÇIQLAMA

Bu gün bəzi KİV-lərdə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin qardaşı (Rövşən Canıyev) Namiq Canıyevin xüsusi əməliyyat zamanı saxlanılması haqda xəbərlər yayılıb.

N.Canıyevin kriminal avtoritet “Lotu Quli”yə sui-qəsd olayına görə tutulduğu, daha sonra sərbəst buraxıldığı bildirilib.

AzVision.az məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edib. Konsulluqdan sorğumuza cavab olaraq bildirilib ki, Namiq Canıyev adlı Azərbaycan vətəndaşının İstanbulda saxlanması haqda Türkiyənin rəsmi qurumlarından onlara məlumat daxil olmayıb.

Qeyd edək ki, yayılan xəbərə görə, İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (“Lotu Quli”) qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlunun başçılıq etdiyi deyilir.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …