Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Komitə sədri İbrahim Nehrəmli ilə Abutalıbova qarşı

Komitə sədri İbrahim Nehrəmli ilə Abutalıbova qarşı

Əmlak Komitəsi məhkəməyə üz tutdu, Nazim İbrahimovun qardaşının tikintisini sökmək istəyirlər

Diasporla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahim Ibrahimoven başı dərddən açılmır.
Azinforum.az “Reytinq»ə istinadən xəbər verir ki, iri məbləğli kredit borcuna görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi («Bandotdel») tərəfindən az öncə saxlanılan və borc ödənildikdən sonra buraxılan Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta” konserninə daxil olan daha bir şirkətdə ciddi problem yaranıb:
«Mətləbə keçməzdən əvvəl qeyd edək ki, İbrahim Nehrəmliyə məxsus olan “Avesta” konserni 1996-cı ildə yaradılıb. Konsernə bir neçə il əvvəl sahibi güllələnən “Azər-Ross IK” MTK ilə yanaşı,  “Azər-Ross” MTK, “Günel LTD” MMC, “Həsən -96” MTK, ”Hüseyn -94” Kiçik müəssisəsi,  “Ilkan” MMC, və  “SHIG INVESTMENT LTD” daxildir.
Məsələ budur ki, indi aydın olur ki, Hacı İbrahim təkcə Azərbaycan Beynəlxalq Bankından aldığı, amma zamanında geri ödəmədiyi 100 milyon manata yaxın vəsaitlə bağlı problemlə üzləşməyib. O və ona məxsus şirkətlərin başqa probemləri də var.  Bu da onu göstərir ki, Nehrəmli iş adamının sıxıntıları daha «dərin»dir».
 Müsahibimiz deyir ki, İbrahim Nehrəmliyə məxsus olan şirkətləriin birinin tikdirdiyi yüksəkmərtəbəli bina sökülmə təhlükəsiylə üzləşşib:
«Diasporla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim Ibrahimovun qardaşı Hacı Ibrahim Ibrahimova məxsus olan “Həsən -96” MTK-nın Nərimanovda tikdirdiyi tikili artıq məhkəmə predmetinə çevrilib. Maraqlı burasıdır ki, tikilini sökdürmək istəyən adi vətəndaş deyil. Kərəm Həsənovun rəhbəri  olduğu Əmlak Məsələləri Dövlət Komitəsi  “Həsən-96” MMC-nin sahibləri ilə yanaşı, onlara tikinti üçün sərəncam verən Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində prosesə cəlb olunub. Məhkəmə sənədlərinə əsaslansaq, aydın olur ki, Bakı meriyası Hacı İbrahimin tikinti aparan şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verib. Yəni dövlətin balansında olan və bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmalı olduğu halda, bu, edilməyib. Yəni özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində meriya sərəncam verib. «Həsən-96» isə bu sahə üzərində qanunsuz tikinti aparıb. İndi də komitə məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir».
Məlumata görə, komitənin iddiası əsasında artıq 2 saylı Baakı İnzibati-İqtisadi Məhkəmədə iclas keçirilib: «Lakin birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəyə son qoymayıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır».
Məlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin «Həsən-96” MMC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması» və sair tələblərdən bəhs edən şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxışa qəbul olunub: «Hakim iş üzrə iyunun 11-nə iclas saatı təyin edib. Əgər məhkəmə komitənin şikayətini təmin edərsə, bu, Hacı İbrahim üçün daha bir ciddi zərbə sayılacaq».

 

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın