Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Köçəryan hakimiyyətə qayıdır – Məmurlar onun əlini sıxmaq üçün növbəyə düzülüb

Köçəryan hakimiyyətə qayıdır – Məmurlar onun əlini sıxmaq üçün növbəyə düzülüb

Ermənistan mətbuatı Şuşanın işğalının 23-cü ildönümündə iştirak edən sabiq Ermənistan prezidenti Robert Köçəryanla hakimiyyətdə olan digər məmurların münasibətindən yazıb.

Modern.az “Qrapark” qəzetinə istinadən xəbər verir ki, məmurlar Köçəryanın əlini sıxmaq üçün növbəyə düzülüblər.

“Dağlıq Qarabağa gələn Robert Köçəryan tədbir vaxtı daha çox separatçıların keçmiş lideri Arkadi Qukasyanla görüşüb. Mətbuat orqanlarından biri onların gecə vaxtı şəhərdə gəzmələrini də görüntüləyib. Ola bilsin ki, onlar hakimiyyətə qayıtmaq planları barədə danışıblar. “Ermənistan” mehmanxanasında qalan Köçəryan Qarabağda yerli hərbi komandirlər, daşnaklar və biznesmenlərlə də görüşüb. Onun ən az vaxt ayırdığı şəxs isə separatçıların hazırkı lideri Bako Sakaayn olub”.

Ermənistandan tədbirlərə qatılan baş nazir Ovik Abramyan və Robert Köçəryan arasındakı soyuqluq da hər kəs tərəfindən hiss olunurdu.

Lakin digər nazirlər – keçmiş kənd təsərrüfatı naziri David Lokyan, Mərkəzi Bankın rəhbəri Artur Cavadyan, keçmiş Ararat qubernatoru Edik Barseqyan və prezident aparatının rəhbəri David Arutunyan keçmiş prezidentlə görüşmək üçün növbəyə düzülüblər.

Həmçinin oxuyun

Yaqub Zurufçu nazirin qəbuluna gəldi – FOTO

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Nazir …

Bir cavab yazın