Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / “KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın NƏTİCƏLƏRİ

“KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın NƏTİCƏLƏRİ

21 aprel 2022-ci il tarixində Bakı şəhərində “KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın nəticələrinin ictimaiyyətə çatdırılması ilə bağlı təqdimat keçirilmişdir.

 Təqdimat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Kiçik və Orta Sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” adlı layihə çərçivəsində reallaşmışdır.

Həmçinin, tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  və Birgə İnvest MMC də tərəfdaşlıq etmişdilər.

Tədbiri giriş sözü ilə açan KOBİA-nın KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev dünyada baş verən proseslər çərçivəsində  ölkəmizin beynəlxalq aləmdə rəqabətqabiliyyətliyinin artırılması, KOB-ların Azərbaycan iqtisadiyyatına töhfəsi və onların maliyyə mənbələrinə çıxışlarının təmini üzrə dövlətin apardığı tədbilər barəsində söhbət açmışdır.

Daha sonra İqtisadi Resursların Öyrənilməsi mərkəzinin tədqiqatçısı, həmçinin layihənin rəhbəri i.f.d. Ruslan Atakişiyev “KOB-un Alternativ maliyyəyə çıxışı problemləri” mövzusundakı araşdırmanı iştirakçılara təqdim etmişdir. O, bildirmişdir ki, sahibkarların əksəriyyəti yüksək faiz dərəcələrindən, ağır girov şərtlərindən şikayət edir. Bununla yanaşı alternativ maliyyə mənbələrindən sayılan Vençur kapitalı, Kraudfandinq və payda iştirak kimi vəsait cəlb etmə yollarından biznes camiyyəsinin məlumatlılığının da çox aşağı olması faktını iştirakçıların diqqətinə çatdırdı.

Sonda Birgə İnvest MMC-nin layihələr üzrə baş meneceri Elnur Quliyev “Dövlətin yeni maliyyə dəstəyi mexanizmi” mövzusunda çıxış etmişdir. Onun Azərbaycan bazarına yeni daixil olmuş, dövlət tərəfindən maliyyləşən Birgə İnvestin sahibkarlara ortaqlıq şərtləri ilə Faizsiz kredit verməsi və hətta  sərmayənin 30%-i miqdarında heç bir qarşılıq güdmədən pul yatırması ilə bağlı təqdimatı iştirakçıların böyük marağına səbəb olmuşdu.

Tədbirdə KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, AZPROMO-nun, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İnnovasiyalar Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, UNEC KOB Tədqiqat mərkəzinin nümayəndələri, tədqiqatçılar, doktorantlar, müəllimlər, sahibkarlar və tələbələrdən ibarət 50-dən şəxs çox şəxs iştirak etmişdir.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …