Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır – RƏSMİ

Kişilərin pedaqoji sahəyə marağı getdikcə artır – RƏSMİ

Müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır.
Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.
Nazirlik rəsmisi deyib ki, Bakıda qadın, bölgələrdə kişi direktorlar çoxdur.
M.Camalzadə əlavə edib ki, İnsan Resursları Mərkəzi tərəfindən müəllim və direktorların gender balansı inzibati formada tənzimlənmir: “Yəni hansısa rayon üzrə qadın, yaxud kişilərin müsabiqəyə təşviq edilməsi üçün iş aparılmır. Ümumilikdə isə ölkədə təhsil sistemində qadınların payı kişilərdən daha çoxdur. Amma müəllimlərin və direktorların işə qəbulu müsabiqəsinin nəticələrinə görə, bu sahədə kişilərin sayının artması tendensiyası var, pedaqoji sahəyə kişilərin marağı getdikcə artır”.
Azərbaycanda gənclərin təhsil sahəsində işləməyə marağının artdığını deyən M.Camalzadə qeyd edib ki, son 5 il ərzində Azərbaycanda təhsil sahəsində 30 minə yaxın gənc işə qəbul edilib.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …