Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / “Kişilərimiz qadınlardan asılı vəziyyətə düşüb, onlara kurs keçmək lazımdır”

“Kişilərimiz qadınlardan asılı vəziyyətə düşüb, onlara kurs keçmək lazımdır”

“Kişilər də hər şeyi maddiyata bağlamamalıdır. Onlar bu gün qadınlarını, məşuqələrini təmin etmək üçün rüşvət alırlar”.

Son zamanlar bu və ya digər formada qadınların öldürülməsi halları daha çox yayılıb. Bəs, görəsən, qadınların əsasən, cinayətkar ərlərinin qurbanı olmasının səbəbləri nələrdir?

Bu barədə “Yeni Sabah” a danışan hüquqşünas Əkrəm Həsənov kişilərin bu gün qadınlarını, məşuqələrini təmin etmək üçün rüşvət aldıqlarını deyib:

“Bu, əslində, çox böyük və əhatəli problemdir. Gender balansının dəyişməsi nəinki, Azərbaycanda bütün dünyada da aktualdır. Bu, bütün ölkələrdə deyil, əsasən,  qərb və qərb modelini qəbul edən ölkələrdə belədir. Qərb cəmiyyətlərində gender münasibətini dəyişib. Yəni, qadın və kişinin bərabərliyi onların  az qala eyni cür olması kimi təqdim  olunur. Ailə institutunda da  ailə başçısı statusu  faktiki olaraq tanınmır.

Bizdə isə bunu tam etiraf etməsələr də, qərbdə  etiraf olunub.  Nə ailə, nə də ki ailə başçısı yoxdur. Yəni, qadın və  kişinin bərabərliliyini artıq kişilərimiz də qəbul etməyə başlayıb.

Psixoloqlara görə, qadın arxalanması üçün güclü kişi axtarır.  Kişilər güclü olmalıdır.  Güc dedikdə, vurmağı nəzərdə tutmuram. Yəni ki, evdə son söz sahibi kişi olmalıdır. Əksi olduqda, qadınların ona qarşı olan münasibətlərini dəyişir. Qadın əslində, zəif kişini xoşlamır. Onun hər sözüylə oturub-duranı istəmədiyi üçün başqa şəxslərə maraq göstərməyə başlayır. Təbii ki, buna müəyyən filmlər də təsir edir.  Kişilər də hər şeyi maddiyata bağlamamalıdırlar. Kişilər bu gün qadınlarını, məşuqələrini təmin etmək üçün rüşvət alırlar.

Lap hesab edək, axtarmağa başlamasa da, qadın həyatından narazı olur. Digər tərəfdən də qadınların  daha çox maddi nemətlərə bağlı olduqları bir faktdır. Kişilərə əslində həyatda daha az şey lazımdır. Bu, tarixən də belə olub. Kişinin çörəyi, yeməyi, cinsi tələbatının və ya nəsə bir fəaliyyətinin olması kifayət edir.

Qadın sözdə çox şey deyə bilər ki, o, onun sözünə baxan kişi istəyir. Əslində, bu, belə deyil. Bir müddətdən sonra bunu sevmir. Bu, daha çox böyük poblemdir. Problem budur. Belə şeylərə görə, son zamanlar boşanma halları da artır. Dediklərim aysberqin görünən tərəfidir. Qadınlar ərlərinə xəyanət edirlər. Amma kişilər həmişə edib. Kişilər poliqamdır. Son zamanlar qadınlar da poliqam olub. Elə qadınlar var ki, kişinin acığına ona xəyanət edir. Belə hallar da çoxalıb. Əlbəttə ki, buna filmlər, seriallar da təsir edir. Amma xəyanət etməyi  vacib deyil.  Sadəcə, kişinin zəif olması fikirləri kişilərdə boşanıb boşanmamasından asılı olmayaraq psixoloji problemlər formalaşdırır.

Qadının kişini güclü qəbul etməməsi kişiyə toxunur. Buna görə də kişilər özlərinə qarşı etinasız münasibət hiss edirlər. Bəzən kişilər ikinci ailə quranda və ya başqa qadınla münasibətə başlayanda eyni səhvləri buraxırlar. Yenə də qadınların dedikləri ilə oturub-durmağa başlayırlar. Elə bilir ki, bununla da müasir olur. Bununla qadın  onu daha çox istəyəcək. Belə olmayanda kişilər stress içində olurlar. Qadını özünə tabe etmək üçün nə vurmaq, nə də ki, öldürmək lazım deyil. İlk gündən münasibətləri düzgün qurmaq lazımdır. Azərbaycanda  kişilərə kurs keçmək lazımdır. Kişilərimiz bir qayda olaraq, qadın psixologiyasını tam başa düşmür.

Ailə institutu dağılan cəmiyyətlərdə dövlət də əldən gedə bilər. Qadının cəmiyyətdə yeri həmişə zəif olub. Maddi durumu  yaxşı olan cəmiyyətlərdə isə qadının rolu artmağa başlayıb. Bu halda kişilər qadına tabe olur. Perspektivdə kişinin rolu daha güclü olan cəmiyyətlər qalib olacaq. Bu, həm də ənənəvi dəyərdir. Dünya liderləri bu ənənəvi dəyərləri müdafiə edir. Biz gələcəkdəki yerimizi axtarırıqsa, ənənəvi dəyərlərə söykənməliyik. Kişilərimiz bir növ qadınlardan asılı vəziyyətə düşüblər. 60 yaşdan sonra kişilərin sayında isə azalma baş verir. Çünki kişilərin  psixoloji problemləri çoxdur.

Ümumiyyətlə, kişi ya qadın hansı boşanmağa ilk müraciət edirsə, o biri  tərəf özünü özünü mənəvi olaraq çox pis hiss edir. Sanki, onu atdılar. Bu psixoloji problemlərdir. Bizdə də ancaq qadınlar boşanmağın təşəbbüskarı olurlar. Ona görə də bu, kişilərdə “məni atdılar” düşüncəsidir. Qadın kişini atanda kişilərimiz zəifləyir. Buna görə də qısqanclıq yaranır. Onların ikinci ailə qurmasına imkan vermir, həyatlarını “yoxlayır”. Həyatlarında özlərindən başqa kişini qəbul etmirlər. Həm bu, həm də qadınların onları əzməsi, ikincilərin ölüm hallarını çoxaldır”-hüquqşünas deyib.

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …