Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Kirpi”nin miras davasında yeni məqam: “Məmməd Əfşan Polad Qasımovun sağlığında ondan yazmaq qorxusu yaşayıb”

“Kirpi”nin miras davasında yeni məqam: “Məmməd Əfşan Polad Qasımovun sağlığında ondan yazmaq qorxusu yaşayıb”

Həyatın belə bir deyimi var, danış görüm sən kimsən. Əlbəttə, insanı davranışına, geyiminə görə qarşılanarsa, danışığına görə yola salınır. Ancaq gərək sözü də zamanında, vaxtında, məqamında deyəsən. Əgər o söz ki, vaxtında deyilmirsə, onda deyirlər, daldan atılan daş topuğa dəyər.
Mən Məmməd Əfşanın “Yeni sözçü” qəzetinin 12 aprel tarixli sayında yazısını oxudum. Sözün düzü Məmməd Əfşanın “Kirpi” jurnalı ilı bağlı ürək ağrılarına mən də böyük məmnuniyyətlə qəbul edərdim və Məmməd Əfşana haqq qazandırardım əgər o bu yazını Polad Qasımov sağlığında yazsaydı.
Çünki mənimdə həyat tarixçəmdə “Kirpi” jurnalının izi var. Mən ali təhsili başa vurub, təyinatla jurnalist fəaliyyətimə “Kirpi” jurnalından başlamışam. Və mən həmişə “Kirpi” jurnalında vaxtı ilə çiyin-çiyinə çalışdığım kollektivi özümə dost, yoldaş bilmişəm. Az müddət bu kollektivdə işləsəm də onun hər biri mənim üçün doğma və əziz olub və o bu gün də belədir. Eyvaz Borçalı, Polad Qasımov, Şükür Həbibzadə, Rizvan Cəbiyev, İmamverdi İsmayılov, Hafiz Nəsiroğlu, Səttər Zərdablı, Elçin, Məmməd Əfşan, Zümrüd, Həqiqət, Səadət, Loğman Məmmədov, sürücü Aydın və başqaları, ölənlərə Allahdan rəhmət, qalanlara isə can sağlığı diləyirəm. Söz yox, “Kirpi” jurnalı zamanında Kirpi idi! Necə deyərlər, qılıncının dalı da kəsirdi, qabağı da. Axı, həmin dövürdə mətbu sözünün kəsəri, sambalı varıydı, hər yerindən duran mətbuata girişmirdi. 5 il jurnalistika fakütəsi oxuyub, yüzlərlə yazı müəllifi olsam da baş redaktor Eyvaz Borçalı məni iki ay sınaq müddətinə götürmüşdü. Axır Rizvan Cəbiyev Eyvaz Borçalını inandıra bildi ki, bəli, Əkbər Hüseynzadənin satirik qələmi var, yaxşı jurnalist ola bilər və sonra mənim arzularım reallaşmışdı. Mən bunları elə-belə xatırlamıram. Sovetlər birliyi dağılandan sonra mətbuatımızın da tifaqı dağıldı, nəhəng Kommunist Partiyası arxasında dayanan “Kirpi” jurnalının kitabı bağlandı. Onun mütəmaddi çıxmağı dayandı. Bu təkcə “Kirpi” üçün yox, bütün mətbuat üçün belə odu. Və illər keçdi… Polad Qasımov çətinliklə də olsa “Kirpi”yə sahib çıxdı, öz nüfuzu, şəxsi münasibətləri, həyat təcrübəsi hesabına “Kirpi”ni pis-yaxşı yaşatdı, necə deyərlər onu “ölməyə” qoymadı… Kirpi mütəmadi olmasa da, çap edildi… Axı Polad Qasımov neynəsin ki, mətbuat belə bir duruma düşmüşdü.

 
İndi Polad Qasımov haqq dünyasındadır. “Kirpi” isə yenə “yetim” qaldı. Təbii ki, Polad Qasımovun ailəsi, onun yaxınları ömrünü, cavanlığını və həyatını bu yolda xərcləmiş insanın yadigar qoyub getdiyi əmanətə biganə qala bilməz… Söz yox, “Kirpi” jurnalı müəyyən illərdə yığılıb qalan borcları da var…
Onda sual olunur, Polad Qasımovun oğlu Fuad Qasımov nə etməliydi. Bütün borc-xərci atasının ayağında qoyub, kənara çəkilməli, yoxsa “Kirpi”yə sahibmi çıxmalıydı?
Mən Məmməd Əfşanın nə yazdğını, nədən yazdığına qarışmıram. Ancaq bu yazını mənə yazdırmağa məcbur edən Məmməd Əfşan Polad Qasımovdan sonra belə bir cəsarətə gəlməsinə təəssüblənirəm. Məmmədlə Polad (hər ikisinin dediyinə görə) tonlarla çörək yeyiblər, Gənclikləri, həyatları, xeyirli-şərli anları bir olub. Üzü “Abşeron” qəzetindən başlayan yolları “Kirpi”də davam edib.
Yenə deyirəm əgər Məmməd Əfşan bu yazını Polad Qasmovun sağlığında yazsaydı, onu dəstəkləyər, afərin deyərdim… Axı Polad Qasımovun oğlu Fuad Məmmədə həmişə əmi deyib, budurmu əmilik etibarı? Belə çıxır ki, Məmməd Əfşan jurnalist təcrübəsini, gücünü Fuada göstərir. Bu insana utanc gətirən bir haldı. “Kirpi”nin yaşaması mübarizəsini aparmaq, bu çox yaxşı haldı, ancaq cavan bir oğlana şər-böhtan atmaq onu ləkələmək nə jurnalistlikdi, nə də ki, kişilikdəndir.

 

Foto-Məmməd Əfşan
İyirmi ilə yaxın Məmməd Əfşanın qardaşı Sərhəd Məmmədov Polad Qasmovun yanıda çalışıb…
Məni bu yazını yazmağa vadar edən Məmməd Əfşanın Polad Qasımovun ölümündən sonra “Kirpi”nin dərdinə qalması oldu. Görünür Poladın sağlığında Məmməd Əfşan ondan yazışmaq qorxusu yaşayıb. Sözünün sambalı olan qələmi “Kirpi” tikanından da iti olan Polad Qasımovla qarşılaşmaq Məmməd Əfşana sərf etməyib. Ancaq Fuadla bacaracağını düşünüb, meydana atılan Məmməd Əfşana yalnız onu deyə bilərəm ki, hər sözün məqamı və zamanı var Məmməd Əfşanın…
Yazımın sonunda isə “Ədalət və Həqiqət” qəzetinin 16 mart tarixli Polad Qasmovun əziz xatirəsinə həsr olunmuş “Əbədi bir yuxu yatdın, ay Polad” başlıqlı yazıda Məmməd Əfşanın fikirlərinin bir parçasını oxucularımıza təqdim edirəm:
“İstedadlı qələm sahibi P.Qasımov 1980-ci ildən ömrünün son gününə qədər “Kirpi” jurnalında ədəbi işçi, baş müxbir, şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində yaradıcılıq fəaliyyətini davam etdirmişdir və yazdığı felyetonları, yumorlu hekayələri, hədəfə tuşlanan atmacaları ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. O, 1995-ci ildən etibarən respublikamızda yeganə satira jurnalı olan “Kirpi”nin baş redaktoru idi. Məhz mübariz, işgüzar və peşəkar qələm sahibinin cidd-cəhdi ilə düz 65 il Azərbaycan oxucusunun sevimli dərgisi olan “Kirpi”nin nəşrini bir ay da olsun dayandırmamış, hamımıza məlum olan və uzun sürən siyasi təlatümlərə, iqtisadi və maddi çətinliklərə baxmayaraq, jurnalın çapını davam etdirib, çoxsaylı oxucularını intizarda saxlamamışdır.
Dəyərli bir atalar misalında deyilir: – “Qardaşını tanıyırsan? – Dostluq, yoldaşlıq eləmisənmi?”. Poladın ən yaxın dostlarından biri kimi onun qəfil itkisi bütün qohumları, doğmaları kimi məni də yandırıb-yaxdı. Çünki Polad müəllimlə uzun illər “Azərbaycan pioner”, “Abşeron” qəzetərində və “Kirpi” jurnalı redaksiyasında birgə fəaliyyət göstərmişik və ailəvi dostluq edirdik. Sevincimizi, kədərimizi birgə yaşayar, dərd-sərimizi birlikdə bölərdik. Onun tükənməz səbri, böyük təmkini, sağlam məntiqi, düşünülmüş hərəkətləri və özünəməxsus xarakter-xasiyyəti məni heyran edər və hərdən də çılğınlığımın üstünə su səpərdi.
Yara yiyəsini ağrıtdığı kimi, ən yaxın və istəkli dostumu itkisi də bütün qohumları və dostları kimi, məni də çox ağrıtdı. Amma neyləməli? Allah verən can Ondan savayı heç kim ala bilməz. Ulu Tanrıdan ən yaxın dostuma və sirdaşıma qəni-qəni rəhmət və doğmalarına səbr diləyirəm…”
İndi isə Məmməd Əfşanın “Yeni sözçü” qəzetinin 12 aprel tarixli sayında dərc olunmuş yazısından bir parçanı oxucularımıza təqdim edirəm.
“…Polad Qasımov özünə xas priyomlarla qanuni redaktor Eyvaz Borçalının kürəyini yerə vurub, qeyri-qanuni yolla redaktor kürsüsünə dırmaşdı, “Kirpi”nin tikanları töküldü, sözü kəsərdən, özü nəzərdən düşdü. Tənqid hədəfləri də Polad Qasımovun çəkisinə və sanbalına uyğun gələn hədəflər oldu: Onun həcmi qısaldı, tirajı 4 yüz mindən 1000 nüsxəyə düşdü, aylarla dərc edilmədi və müasir Azərbaycan mətbuatının öncüllri sırasında adı çəkilmədi. Nə gəlir vergisini ödəyə bildi, nə də pensiya fonduna vəsait keçirdi və borc-borcun üstünə yığıldı. Məhkəmənin qərarı ilə jurnalın xüsusi hesabı bağlandı və…
Vəziyyətin ağırlığını duyan “baş redaktor” gah prezident aparatının, gah da yerli məmurların adından istifadə edib, ild üç-dörd nömrə buraxmaqla baş girlədi.
Özünün redaktor müavinindən tutmuş, əbədi işçiyə, müxbirə qədər, kollektivdən xəlvət, müqavilə ilə “işə götürdü” və bu sayaq əməllərin hesabını Azərbaycanın satira köhlənini sil-axsaq yabya döndərib, onun cırıq şinelinə bürünüb dünyadan köçdü. Allah rəhmət eləsin…”
Təqdim etdiyim hər iki fikrin sahibi M.Əfşandı! Ona isə münasibəti qoy oxucular bildirsin. Yəni söz oxucularımızındı. Qoy onlar sözlərini desinlər. Amma xahiş edirəm ki, adam kişi olar, adamın bir sifəti olar deməyin. Başqa nə istəsəniz deyin… ixtiyar sahibisiniz.

Əkbər Hüseynzadə

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın