Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Kinomuzun tanınmış siması dəlixanaya yerləşdirildi – Foto

Kinomuzun tanınmış siması dəlixanaya yerləşdirildi – Foto

Azərbaycanın kino xadimi, əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.

Bu barədə Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında məlumat verilib.

Belə ki, 40 il Azərbaycan kinosuna xidmət etmiş, “Azərbaycanfilm” kinostudiyasında və “Kino Fondu”nda yüksək vəzifələrdə çalışmış Miroslava İsgəndərova təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Belarusun Viteks şəhərinə köçüb. Daha sonra qızı həbs olunub. Kürəkəni isə ölkəni tərk edib. Bütün bu hadisələrdən sonra M.İsgəndərova psixoloji sarsıntı keçirib. O, Viteksdəki qonşuları tərəfindən ruhi və əsəb dispanserinə yerləşdirilib.

Miroslava xanımın oğlu Eldar anasının başına gələnlərdən bir neçə gün əvvəl proqram vasitəsilə öyrəndiyini bildirib. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü bildirib.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova 2017 və 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə pul mükafatına layiq görülüb.

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …