Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Cəmiyyət / Kino İttifaqında sədr seçkisi

Kino İttifaqında sədr seçkisi

Martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib. Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Eyni zamanda yeni yaradılan təşkilatın nizamnaməsi də təsdiq olunub.

Yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə olub.

“Bu birləşmə dağıdıcı proses ola bilər. Burada bizim sədrimiz və idarə heyətimiz oturub. Yuxarı orqanlara müraciət etmişik ki, səsvermə şəraiti bərabər deyil. Biz istədik ki, Azərbaycan mentallığı ilə səsləşən bir səsvermə aparaq”, – deyə Oqtay Mirqasımov bildirib. Bu zaman qalmaqal yaşanıb, belə ki, qurumun üzvlərindən biri xalq artistinin fikirlərinə müdaxilə edib. Oqtay Mirqasımov isə “sən mənim sözümü niyə kəsirsən” deyərək, öz sərt etirazını bildirib. 

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib. AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

Tədbirdə Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Belə ki, sədrliyə namizəd kimi Rasim Balayev təqdim olunub. Onun sədrliyi təsdiq edilib.

Şəfiqə Məmmədova isə yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb: “Bu gün sədrliyə namizəd kimi iştirak etmək istəmirəm. İttifaqların birləşməsində mənim çox böyük rolum olub. Namizədliyimi irəli sürdüyü üçün ittifaqıma təşəkkür edirəm”.

Şəfiqə Məmmədova — Vikipediya

Şəfiqə Məmmədova

“Yeni Müsavat” bildirir ki, konfransda çıxış edən Rasim Balayev Şəfiqə Məmmədovanın bu addımının onun üçün gözlənilməz olduğunu deyib: “Bunu gözləmirdim. Ümumiyyətlə, mən kreslo adamı deyiləm. Vaxtilə ittifaqın birinci katibi olanda da rəhmətlik Rüstəm İbrahimbəyova deyirdim ki, mən kabinet, vəzifə istəmirəm. Sonra elə oldu ki, Rüstəm İbrahimbəyov rəhmətə getdi və mən sədr oldum. İndi də bildirirəm ki,  doğrudan da kabinet adamı deyiləm. Bu gün yaşlı vaxtımda da istəyirəm ki,  kinoya çəkilim. Lakin çox təəssüf ki, kino indi bu vəziyyətə düşüb. Amma birliyimiz olsa,  olsa deyəndə ki, mən belə hiss edirəm ki, biz artıq birik, kinomuz inkişaf edər. Biz mənəviyyat adamıyıq, vaxtilə ac-susuz qalmışıq, çətin yerlərdə çəkilişlərdə olmuşuq, bu sənətə görə sağlamlığımızı itirmişik. Ayağımda hazırda problem var, axsayıram. Bu zədə kinoda olub. Bir sözlə, biz hamımız ömrümüzü kinoya qurban vermişik, amma sonra kinomuz başsız qaldı. Bu gün Azərbaycan kinosu demək olar ki, reanimasiyadadır. Amma onu diriltmək imkanı var. Yəni “yiyəsi” olsa, onu yaxşı “həkimlərə” tapşırsaq, dirildə bilərik və buna inanıram. İnanıram ki, Azərbaycan kinosunu yenidən öz relsinə salacağıq. İttifaq olaraq, hər bir insanın arxasında durub, ona sahib çıxacağıq. Bu ittifaq bir-iki nəfərin deyil, hamınızın ittifaqıdır. Lazım gəldikdə kinomuz naminə hökumətdən, nazirlikdən öz tələblərimizi edəcəyik”.

Rasim Balayev yeni yaradılan ittifaqın sədri seçildi - GlobalInfo.az

Rasim Balayev

Bəs kinematoqrafçılar Rasim Balayevin yenidən sədr seçilməsini necə qarşılayır?

Xalq artisti Şeyx Əbdül yeni yaranmış Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətində yer almaqdan imtina edib: “Belə İdarə Heyəti heç kimə lazım deyil. Hər kəsə uğurlar arzulayıram. Könüllü surətdə üzvlükdən imtina edirəm”.

Ayaz Salayev sədr seçildi

Ayaz Salayev

“Mən konfransda iştirak etmədim. Nə həmin ittifaqı qəbul edirəm, nə də keçirilən seçkini. Buna görə də bu məsələ ilə bağlı mənim nə fikrim, nə də mövqeyim var”. Bu sözləri isə kinorejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev “Yeni Müsavat”a açıqlamasında deyib. Xatırladaq ki, Ayaz Salayev vaxtilə Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi quruma üzv olub. 

Əməkdar incəsənət xadimi, kinorejissor-ssenarist Cəmil Quliyev isə sorğumuza bu cür cavab verdi: “Rasim Balayevin sədr seçilməsini böyük ruh yüksəkliyi ilə qarşıladım. Çünki Rasim Balayev buna layiqdir, kinomuzun ağsaqqalıdır və mən ona səs vermişəm. Həmçinin məni dəstəkləyən, məni də ittifaqa sədr kimi görmək istəyənlərə də öz təşəkkürümü bildirirəm. O şəxslərə də çağırış etdim ki, Rasim Balayevə səs versinlər”. 

Həmçinin oxuyun

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir – VİDEO

Nuru Paşa və ordusunun istifadə etdiyi hamam baxımsız vəziyyətdədir.  Şərq memarlıq üslubunda tikilən 142 yaşlı …