Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Kimlər oruc tutmalıdır” – İslamşünas şərh edir

“Kimlər oruc tutmalıdır” – İslamşünas şərh edir

“Kimlər oruc tutmalıdır” – İslamşünas şərh edir

İslam dinində bütün ibadətlər insanların gücü yetdiyi qədər, bacardıqları qədər edilməlidir. Bu müqəddəs kitabda da belədir. Bəqərə surəsinin 286-cı ayəsində Allah təala buyurur k, mən sizi gücünüz çatandan artıq yükləmərəm. Yəni, namaz da, oruc da şəraitə və zaman uyğun tutulmalıdır. Elə həmin surənin 185-ci ayəsində buyurur:”
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur´an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) tə´zim və şükür edəsiniz.

” Buradan aydın olur ki, insanlar xəstə, səfərdə və çarəsiz olarlarsa Ramazan ayında oruc tutmaya bilərlər. Səfər həddi sonradan alim və fəqihlər tərəfindən müxtəlif məsafələr götürülsə də əsas olan odur ki, el adətinə görə bir insanın müəyyən məsafə qət etməsi səfər sayılarsa o zaman da oruc tutmaya bilər. Lakin tuta bilirsə, tuta da bilər. Xəstəlik isə əgər həkim məsləhəti ilə oruc tutmaq zərərlidirsə, hətta zərər vermək ehtimalı belə varsa oruc tutmaq ona yasaqdır. Hətt tutsa, ziyan çəksə haram etmiş olur. Çünki cana zərər vermək özü də qadağan


Ramazan ayının əvvəlini müəyyən etmək son dövrlərə qədər heç də problem olmayıb. İndi islamı siyasətə qatan bəzi dövlətlər öz aralarında məzhəbçilik edərək orucluğun, qurbanlığın başlanmasında da nifaqa düşürlər. Bu heç də dini problem deyil, bu siyasi məsələdir. Təssüf olsun ki, bizim din idarəmiz də İranla Türkiyə arasında naçar qalıb bu məsələdə. Əvvəllər Türkiyə və bütün İslam dünyası ilə həmrəylik edərək eyni gündə elan edirdi orucluğu. Amma son bir neçə ildir ki, İranla ittifaq ediblər. Lakin əhali isə yenə də orucluğu öz əsl zamanında qeyd edir, bayramı da həqiqi olanla edir.
Oruc sübh havanın hələ işıqlaşmamış zamanından, (yəni sübh əzanına qədər yemək olar) gün batana, yəni axşam əzanına qədər yemək, içmək, intim əlaqələr, günah və küfr əməllərdən uzaq olmaqdır. Bu ay Quranda təriflənib. Qədir qiymətli Qədr gecəsi (gecələri yox!) də bu aydadır. Ona görə də bu ayda insanlar daha çox sədəqə verməli, paklanmalı, Allaha tövbə etməlidirlər. Əgər xəstəlik yayılma ehtimalı olarsa kütləvi iftar və ehsan süfrələri təxirə salınmalıdır. Allahın məqsədi insanları bəlaya salmaq yox, bəladan xilas etməkdir.

Tural İrfan
İslamşünas

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …