Ana səhifə / Cəmiyyət / Keyfiyyətli tibbi maskanı keyfiyyətsizdən necə ayrıd etməli – Adil Qeybulladan açıqlama

Keyfiyyətli tibbi maskanı keyfiyyətsizdən necə ayrıd etməli – Adil Qeybulladan açıqlama

Koronavirus təhlükəsi artdıqca insanların tibbi maskaya, spirt məhluluna tələbatı da çoxalır. Mütəxəssislər qeyd edir ki, bu cür tibbi ləvazimatlar qismən də olsa insanları virusdan, infeksiyalardan qoruya bilir. Lakin hələ də ölkə apteklərində tibbi maska çatışmamazlığı var. Musavat.com-un əməkdaşlarının, digər media orqanlarının bu mövzuda hazırladığı reportajlardan da məlum olur ki, tibbi maska problemi tam həll olunmamış qalır. Çox az halda hansısa aptekdən adi və baha qiymətə satılan filtrli maska tapmaq mümkündür.

Qeyd edək ki, rəsmilər tezliklə Azərbaycanda tibbi maska müəssisəsi fəaliyyətə başlayacağını açıqlayıb. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov son açıqlamalarının birində qeyd edib ki, növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq və bununla bağlı avadanlıq alınaraq, artıq ölkəmizə gətirilib.

Maska çatışmazlığı səbəbindən bəziləri artıq alternativ üsullara əl atır. Məsələn, ev şəraitində təmiz parçadan və yaxud adi salfetkadan tibbi maska hazırlayanlar var. Hətta iddia olunur ki, ev şəraitində hazırlanan bu cür maskalar adi tibbi maskalardan daha etibarlı və qoruyucudur. Çünki adi tibbi maskalar yalnız cərrahlar üçün nəzərdə tutlub, bizi heç də virusdan qorumur və yaxud keyfiyyətsizdir.

Bəs keyfiyyətli maskanı keyfiyyətsiz olanından necə ayıraq? Ev şəraitində hazırlanan maskalar bizi nə qədər qoruya bilir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu mövzuda suallarımızı cavablandırdı. O dedi ki, bizi virusdan tam qoruya biləcək tibbi maskalar həm kifayət qədər bahadır, həm də demək olar ki, yoxdur: “Əldə olunan masakalar isə yalnız cərrahiyyə əməliyyatları üçün nəzərdə tutulub. Bu tibbi maskalar əslində ondan ötrüdür ki, əməliyyat zamanı cərrah danışdıqda ağızdan, burundan nəfəs kənara çıxmasın”.

Adil Qeybulla qeyd etdi ki, adi sintetikdən hazırlanan tibbi maskaların qoruma effekti az olur:

“Bildiyiniz kimi, adi tibbi maskalar müəyyən qədər sintetik materialdan hazırlanır, ona görə də onlarda özünə hopdurma, islanma effekti olmur. Bu baxımdan da onlar yalnız müəyyən standartlara cavab verir. Maskaların içərisinə müəyyən qat steril, təmiz olan dəsmal parçası da qoyub istifadə etmək olar. Belə olan halda ikinci qat artıq filtrasiya təsirini artırmış olur”.

Adil Qeybulla bir tibbi maskadan bir neçə dəfə istifadə etməyin qaydalarından da söz açıb:

“Adi tibbi maskalar 30 dəqiqə, uzağı bir 1 saatlıq istifadə üçün hesablanıb. Bu vaxtdan sonra artıq o istifadə oluna bilməz. Yaxşı olardı ki, həmin maskalar sonradan spirt məhlulu ilə dezinfeksiya edilərək qurudulsun, hətta Türkiyədə ona kolonya vulur,  sonra onu iki təmiz parça arasında qaynar ütü ilə ütüləyib, asmaq olar. Yəni, indiki yoxluq şəritində tibbi maskadan bu cür bir neçə dəfə istifadə etmək olar.

Və yaxud evdə islanmayan parçadan maskalar tikib, düzəltmək olar. Sovet dövründə bu cür maskalar hazırlanırdı və istifadəsi birdəfəlik nəzərdə tutulmurdu.

Təbii ki, yaxın vaxtlarda Azərbaycanda tibbi maska istehsalı gözlənilir. Sadəcə qeyd etdiyim kimi maskalar insanların virusdan 100 faiz qorunmasını təmin etmir. Bunun üçün xüsusi respiratorlar lazımdır. Həmin respiratorlar da bizim üçün əlçatan deyil, yəni həm qiymət baxımından bahadır, həm də ümumiyyətlə tapılmır”.

Adil Qeybulla salfetkadan hazırlanan maskaların da istifadəyə yararlı ola bildiyini deyib:

“Bəzən kimlərsə salfetkalardan da maska hazırlayır. Hər halda bunun özü də bir təcrübədir, insanlar həmişə çətin durumda çıxış yolu tapmağa çalışır.

Müəyyən materiallaı salfetkalar var ki, onlar suda  islanmır, həmin salfetkalardan istifadə etmək olar. Bu da bir variantdır”.

Həmçinin oxuyun

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir — FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York …