Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Keçmiş rəis arvadından niyə imtina edib? – Təfərrüat

Keçmiş rəis arvadından niyə imtina edib? – Təfərrüat

Bir neçə gün öncə “qafqazinfo”da Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi olmuş Mahir Əkbərov və həyat yoldaşı Leyla Əkbərovun dələduzluq etmələri barədə zərərçəkmiş tərəfin iddiaları yayımlanmışdı.

Məsələ ictimailəşdikdən sonra M.Əkbərov saytla  əlaqə saxlayaraq saytda yayımlanan, onunla bərabər fotoda yer alan qadını tanımadığını, ümumiyyətlə heç vaxt Leyla Əkbərova adlı qadınla evli olmadığını deyib.

Saytı yalan məlumat yaymaqda ittiham edərək məhkəməyə müraciət edəcəyini bildirmişdi.

M.Əkbərovun iddialarının doğru olub-olmadığını araşdırmaq üçün məhkəmə orqanlarının saytlarından və zərərçəkmiş tərəfin təqdim etdiyi məlumatlardan istifadə etdik. Məlum oldu ki, L.Əkbərova həqiqətən də M. Əkbərovun həyat yoldaşı olub. Lakin xanım axtarışa verilən vaxt M.Əkbərovla boşanma prosesləri başlayıb.

Zərərçəkmiş A.Məmmədli keçmiş qudası olan Leyla Əkbərlinin dediklərinə istinad edərək bildirib ki, boşanma işini Mahir Əkbərov quraşdırıb: “Leyla 2015-ci ilin iyul ayının əvvəlində tutulub. Leyla tutulmamışdan 5-6 gün qabaq bildim ki, Leyla və Mahirin boşanma işi məhkəməyə verilib. Leyladan soruşdum ki, bu, nə məsələdi, dedi xəbəri yoxdur, Mahir ona hansısa sənədi imzalatdırıb. Sonra Leyla öyrənib ki, Mahir onun adından iddia ərizəsi verib. Xətai rayon məhkəməsinin qətnaməsindən Leyla Apellyasiya şikayəti verib. 2015-ci il avqustun 25-də iş Fuad Talışınskinin icraatında olub. Göründüyü kimi, həmin tarixdə qəyyumluğun rəyi alınması üçün işin icraatı dayandırılıb. İş təzələndikdən sonra və eyni zamanda apellyasiya məhkəməsinin qətnaməsinin 2 aya qüvvəyə minməsini nəzərə alsaq, onların boşanması 2016-cı ildən tez ola bilməz”.

A.Məmmədli qeyd edir ki, M.Əkbərlinin qızı Fidan onun qardaşı ilə bir müddət nişanlı qaldıqlarına görə ailəni yaxşı tanıyır: “Mahir və Leyla 1994-cü ildən nikahdadılar. Birgə nikahdan 3 uşaqları – 1997-cı il təvəllüdlü Nigar, 1995-cı il təvəllüdlü Fidan, 2004-cü il təvəllüdlü Nahid var.

Mahir Əkbərovun anası Nigar Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail Rayon Şöbəsində sektor müdiri işləyir. Mənim həyat yoldaşıma və atama əlillik barəsində saxta vəsiqələri də Mahirin anası Nigar düzəldib”.

Zərərçəkmiş A.Məmmədli iddia edir ki, qarşı tərəfin vəkili ona dəyən zərər ödənilməməsi və L.Əkbərlinin azadlığa çıxması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi ilə razılaşma əldə edib: “Leylanın vəkili Taleh İbrahimov üzləşmədə bizə dedi ki, “hakimlə danışmışam, işin ağır cinayətlərə gəlməsini gözləyirlər. Ödənilməli 110 000 manat zərərin yarsını məhkəmədə xərcləyib, Leylanı ordan çölə çıxaracağam, sizə bir qəpik də pul verilməyəcək”.

Qeyd edək ki, Mahir Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi işləyib. Sonradan polis sistemindən xaric edilib. Onun keçmiş həyat yoldaşı Leyıla Əkbərova bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə ittiham olunaraq həbs edilib. Zərərçəkmişlər bu əməllərinin bəzilərinin birbaşa, bəzilərinin isə dolayı yolla Mahir Əkbərov tərəfindən törədildiyini bildirirlər və istintaqdan M.Əkbərovun da məsuliyyətə cəlb edilməsini istəyirlər.

 

Həmçinin oxuyun

Faizlərin ümidinə qalan həkimlərin olmayan hüquqları

Ölkədə ofisiantlar və satıcılardan sonra əmək hüquqları pozulan peşə sahiblərindən biri də həkimlərdir. Bir qayda …

Bir cavab yazın