Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Cəmiyyət / Keçmiş oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

Keçmiş oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

“Nəsimi rayonunun Novruzov qardaşları küçəsində(“Papanin” adlanan ərazi) “Pilot-16″ şirkətinin mütəmadi olaraq, tikinti, əməyin mühafizəsi normalarına əməl etmədən, gecənin gec, səhərin çox erkən saatlarında tikinti və betonlama işləri apararaq, vətəndaşların istirahət və sağlamlıq hüquqlarını kobud şəkildə pozur. Vətəndaşların etirazlarına, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, şirkət öz qanunsuz əməllərini davam etdirir”.

Bu sözləri Editor.az-a açıqlamasında Novruzov qardaşları küçəsinin sakinləri deyib. Onların sözlərinə görə, sakinlərin dövlət qurumlarına müraciətlərinə aidiyyatı üzrə reaksiya verilərək, şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq ərazidə vəziyyət dəyişməyib: “Müraciətlərimizdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi və 20-ci polis bölməsindən məsələ ilə yaxından maraqlanaraq, şirkətin səlahiyyətli şəxsinin müvafiq qaydada cərimələndiyi haqqında şifahi və yazılı məlumat verdilər. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətindən məsələnin araşdırılması və qanuni ölçü götürülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət göndərildiyi haqqında məlumat verildi. Ancaq Nəsimi rayon İcra Hakimiyyəti məsələ ilə bağlı susur.

Görünür elə bunun nəticəsidir ki, dövlət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, keçmiş oliqarx-deputat Əsabil Qasımova aid olduğu deyilən “Pilot-16″ şirkəti mütəmadi qaydada gecənin gec, səhərin erkən saatlarında ərazidə ağır tonnajlı maşınlar və texnikalar vasitəsi ilə tikinti və betonlama işlərini həyata keçirməyə davam edir. Bu evində xəstə, körpə olan, səhər saatlarına işə gedəcək vətəndaşların istirahət, sağlamlıq hüquqlarının kobud şəkildə pozulması, eyni zamanda qanunlara, dövlət orqanlarının tələblərinə açıq hörmətsizlikdir”.

Həmçinin oxuyun

“ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib” – Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayevlə ATV telekanalı arasındakı ədavət davam edir. Yazıçı ATV rəhbərliyini general Polad …