Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Keçmiş naziri biznesini idarə edə bilmir

Keçmiş naziri biznesini idarə edə bilmir

Keçmiş Vergilər naziri Fazil Məmmədov işdən çıxarıldıqdan bir müddət sonra biznesinin başına keçsə də, nəzarətində olan kommersiya qurumlarını idarə edə bilmir. 
Qaynarinfo xəbər verir ki, keçmiş nazirin biznes strukturları ard-arda iflasa uğrayır, ən yaxşı halda isə məhkəmə çəkişmələrinə cəlb edilir. Buna misal olaraq “AtaBank”ın iflasını və bir neçə şirkəti özündə birləşdirən “Synergy Group” Holdinqin artıq çökmə həddində olduğunu göstərmək olar.Digər tərəfdən isə Fazil Məmmədovun şirkətləri ard-arda məhkəməyə verilir. Bu günlərdə keçmiş nazirin daha bir şirkəti barəsində məhkəmə iddiası qaldırılıb. Söhbət “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətindən (ASC) gedir.
ASC barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Abuşov Vilayət Musa oğlu tərəfindən qaldırılan iddia hakim Zeynəb Axundovanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Əldə etdiyimiz məlumatda isə bildirilir ki, ASC-nin məhkəməyə verilməsi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. 
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətin təsisçisi “AtaHolding” MMC-dir. ASC-nin nizamnamə kapitalı 14,6 milyon AZN təşkil edir.
ASC-nin Direktorlar Şurasının sədri Ağakərim Məlik-Aslanov, İdarə Heyətinin sədri isə Orxan Məmmədovdur. Ağakərim Məlik-Aslanov əvvəl “AtaBank” ASC-nin sədr müavini işləyib. Bu bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub. “AtaBank” ləğv edildikdən sonra ordakı kadrlar “AtaSığorta” ASC-də fəaliyyətə başlayıb. 

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …