Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / Keçmiş deputatla nazirlik arasında qalmaqal… – Ədliyyə Nazirliyini məhkəməyə verdi

Keçmiş deputatla nazirlik arasında qalmaqal… – Ədliyyə Nazirliyini məhkəməyə verdi

Baş prokurorun keçmiş birinci müavini, Milli Məclisin birinci çağırış deputatı olmuş Mətləb Mütəllimli Ədliyyə Nazirliyini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, işin mahiyyəti siyasi partiyalarla bağlı mübahisələrdən ibarətdir. İş hazırda apellyasiya mərhələsindədir. 

Şikayətçi Mətləb Mütəllimlidir. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

İşin detallarına gəlincə, əldə etdiyimiz məlumata görə, Mətləb Mütəllimli qurucusu və sədri olduğu Sosial Ədalət Partiyasının (SƏP) qeydiyyatının ləğvindən şikayətçidir. 

Keçmiş deputat hesab edir ki, SƏP-lə bağlı Ədliyyə Nazirliyinin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək, partiyanın qeydiyyatını bu yolla bərpa etməyə çalışır. 

SƏP 1994-cü ildə təsis edilib. 1998-ci ildə qeydiyyata alınıb. 2023-cü ildə isə partiyanın qeydiyyatı ləğv edilib. 

“Siyasi partiyalar haqqında” yeni qanuna görə partiyaların qeydiyyatı üçün 5000 üzv olmalıdır. Qanun qəbul edildikdən sonra yeni tələblərə uyğunlaşmaq üçün partiyalara vaxt verildi. Bu müddət ərzində yeni tələblərə uyğunlaşmayan partiyaların qeydiyyatı ləğv edildi. SƏP-in də qeydiyyatının ləğvi bu dalğada baş verib.  

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …