Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Keçəllə rəqs, isti çay və şənlik ab-havası: Bakı sakinləri Novruzu necə qeyd edir

Keçəllə rəqs, isti çay və şənlik ab-havası: Bakı sakinləri Novruzu necə qeyd edir

Novruz bayramını İçərişəhərdə qarşılamaq ənənəyə çevrilib desək, yanılmarıq. Yağışa, küləyə baxmayaraq Bakı sakinlərinin bayramı necə qarşıladıqlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

İçərişəhərdə Qoşa Qala meydanında keçirilən bayram şənliyində qonaqlar Kosa və Keçəllə o ki var rəqs etdilər, isti içkilərin və Novruz şirniyyatlarının dadına baxdılar, ən önəmlisi isə, soyuq havanın bayram ab-havasının korlamasına  zərrə qədər icazə vermədilər.

 Sputnik Azərbaycan-ın çəkiliş komandası isə onlara qoşulmağı özünə borc bildi.

Qeyd edək ki, “Bahar Qalası” Novruz bayramı şənliyi “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir və martın 26-na qədər 7 gün ərzində davam edəcək.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …