Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Karatenin seçilmişləri: Ülvi Quliyevlə Füzuli Musayev 8-ci Dan Qara Kəməri necə aldılar?

Karatenin seçilmişləri: Ülvi Quliyevlə Füzuli Musayev 8-ci Dan Qara Kəməri necə aldılar?

Bir neçə gün öncə Dünya  Şotokan Karate Federasiyası Avropa və Dünya çempionlarımız Ülvi Quliyevi və Füzuli Musayevə 8-ci dan Qara Kəmər dərəcəyinə layiq görüb. Onlar bu qara kəmərə karatenin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüblər.

Bu barədə Modern.az-a təəssüratlarını bölüşən F. Musayevin sözlərinə görə həmin mükafat 10 illik əziyyətin nəticəsidir:

“Ülvi müəllimlə biz 2009-cu ildə 7-ci dan Qara Kəmər almışdıq. 8-ci Dan Qara Kəməri isə ancaq bundan 8 il sonra ala bilərdik. Bunu almaq üçün uzun prosedur lazım olur. Karateyə aid elmi mövzu götürüb, dissertasiya hazırlayırıq. Araşdırmamız ingilis dilinə tərcümə olunub, Dünya Şotokan Karate Federasiyasına göndərilir. 3 il orada müzakirə olunduqdan sonra qiymətləndirilib, bizə Qara Kəmər verilir. Bu elə-belə dərəcə, elə-belə mükafat deyil. Karateyə bağlı olan, həm idmançı, həm məşqçi, həm də rəhbər kimi karateyə fayda verən insanlar bu cür qiymətləndirilir”.

Həyatının idmanda – ələlxüsus karatedə olduğunu söyləyən F. Musayev tələbələr, Azərbaycana layiqli idmançılar yetişdirdiyinə görə fəxr hissi keçirdiyini vurğulayıb. O qeyd edib ki, bu sahədə Ülvi Quliyevlə çiyin-çiyinə addımlayıblar:

“Həyatımızı bu yolda tapmışıq, bu yolda da qoymuşuq. Dünya Şotokan Karate Federasiyası tərəfindən verilən qiymət bizim üçün çox önəmlidir. Həyatımızın ən vacib məqamlarından biridir ki, bu yaşımızda biz artıq 8-ci dan Qqara Kəmər sahibi ola bilmişik. Hesab edirəm ki,bu,  qiymətli məqamdır. Demək, bizim əməyimiz həddindən artıq çoxdur və bu əziyyətlərimiz yerdə qalmayıb”.

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …