Şənbə , İyun 25 2022
Ana səhifə / Cəmiyyət / “Kapital Bank” Kəramət Böyükçölün hesabını niyə blokladı? – AÇIQLAMA

“Kapital Bank” Kəramət Böyükçölün hesabını niyə blokladı? – AÇIQLAMA

“Kəramət Böyükçöl “Kapital Bank”ın müştərisi olduğu üçün banka müraciət edə bilər. Bank onun şikayətini qəbul edib araşdırma apardıqdan sonra hesabının nə üçün bloklanması ilə bağlı məlumat verəcək. İstəsə, bankın açıqlamasını yaya bilər. Müştəri məlumatlarının konfidensiallığına görə bankın müştərinin şəxsi hesabı haqqında hər hansı məlumatı paylaşması qanuna ziddir”.

Bu sözləri Pravda.az-a “Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov yazıçı Kəramət Böyükçölün kart hesabının bloklanması barədə açıqlamasında deyib.

P.Sədrəddinov bildirib ki, bunun səbəbləri müxtəlif ola bilər: Sosial şəbəkələrdə ianə məqsədi ilə kart hesabını  paylaşanlar olur. Əməliyyat üçün kartın yalnız 16 rəqəmini paylaşıb ianə götürmək istəyənlər də var. Lakin kartın hər iki üzünün fotosunun paylaşılması bank tərəfindən tövsiyyə olunmur. Çünki bu, çox təhlükəlidir. Belə halda müştərilərimizin dələduzluq halları ilə üzləşmələri mümkündür”.

Həmçinin oxuyun

1 saylı notariat-tərcümə kontorunda nələr baş verir..?

Yazıya giriş  olaraq onu qeyd edək ki,  hazırda  Azərbaycanda 155 notariat kontoru fəaliyyət göstərir. Onlardan …