Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Kamil Zeynallı azadlığa çıxdı: “Səhvim vardı, cəzamı çəkdim”

Kamil Zeynallı azadlığa çıxdı: “Səhvim vardı, cəzamı çəkdim”

İdmançı Kamil Zeynallı azadlığa çıxıb.

Belə ki, 10 sutkalıq inzibati həbs cəzasını başa vuran Zeynallı sosial şəbəkədə evindən video paylaşıb və həbs olunmasından bəhs edib:

“Çox şükür hər şey yaxşıdır. Bu gün saat 5-də məni sərbəst buraxdılar. Hər kəsdən razıyam, heç kimdən narazılığım yoxdur. Səhvim vardı, cəzamı çəkdim. Camaat illərlə həbsxanada yatır. 10 gün nədir ki? Məni ora göndərənlərin Allah ölənlərinə rəhmət eləsin. 10 gün başım-beynim dincəldi. Heç bir narazılığım yoxdur”.

Qeyd edək ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinı inzibati həbslə cəzalandırılmışdı. Musavat.com

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …