Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Cəmiyyət / Kameralarla sürücüləri cərimələmək qanunsuzdur — VİDEO

Kameralarla sürücüləri cərimələmək qanunsuzdur — VİDEO

Bakı şəhərində dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ”bort-kompüter” vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir. Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.

Bu qaydalardan bir çox sürücü xəbərsiz olduğundan onlar kamera ilə tərtib edilən cəriməni vaxtında ödəyirlər. Ödəməyənlər isə bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.

Ərşad Hüseynov bildirib ki, mövcud problemi aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə dəyişiklik olunmalıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ”Xəzər Xəbər”ə bildirib ki, həmin kameralar  qayda pozan sürücüləri avtomatik rejimdə çəkmir. Yəni kameraları Agentliyin əməkdaşları birbaşa idarə edirlər. Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar ki, bu da elektron protokol demək deyil.

Həmçinin oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərdi – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Canəli Əkbərovun dəfn …